Bax, - zabit dedi, - hərəmizin bir ömür payı var. Bax, Nonanın da... Amma bu ömür boyu insanların çoxu, "olarla" "olmazın" arasında çabalaya-çabalaya yaşayır. Əzab çəkə-çəkə... Nəsə eləmək istəyir, amma fikirləşir ki, bu ol maz. Bu yaxşı düşməz... Belə, belə də ömür keçib gedir. Bir gün öləndə də geriyə baxıb görür ki, bu neçə illik əzab didolu həyatda, cəmi bir neçə gün yaşayıb. Yəni, özü üçün yaşamayıb. Öz ürəyi istəyəni etməyib... Onda da heyfsilǝnir. Heyfsilənir ki, gərək ürəyi istəyənləri edəydi. Arzularına çataydı. O vaxt başa düşəndə ki, artıq hər şey bitib, daha o arzulara çatmaq şansı bir də heç vaxt verilmǝyǝcək, o vaxt insan başa düşür, həqiqəti, lap son anda...