Elçin Əzimli

Elçin ƏzimliDan Ulduzu author
Author
9.3/10
13 People
139
Reads
31
Likes
3,270
Views

About

Title:
Yazar

Readers

31 readers liked.
139 readers read.
9 readers are reading.
36 readers will read.
9 readers left half.
Reklam

Quotes

See All
Dan ulduzunun ən parlaq göründüyü vaxt gecənin ən qaranlıq anı sayılan günəşin doğmasına yaxın vaxtdır, dan yeri məhz o vaxt sökülməyə başlayır.
Sayfa 113Kitabı okudu
Xoşbəxt olmurlar , qızım , xoşbəxt yaşayırlar...
Reklam
Zənginlik hədəf deyil, vasitə olanda insan üçün xeyirli olur.
Sayfa 337Kitabı okudu
Üz-gözündən yağan yorğunluqdan uzun səfərdən gəldiyin bəlli olur. Haradan gəlib, haraya gedirsən? Yolun harayadır belə? - Özümədir yolum, atacan. Özümdən gəlib, özümə gedirəm. - Maraqlı səyahətin varmış... Nə vaxtdır bu yoldasan? - Dünyaya göz açandan bu yoldayam. - Uzun imiş səyahətin... Nəyin axtarışındasan belə? - Özümü axtarıram. - Bəs getdiyin yollar səni aparıb özünə çıxarmırmı? - Çıxardığı vaxtlar da olur, özümdən uzaqlaşdırdığı vaxtlar da. Yenicə bir işıq sezmişəm öz içimdə. İndi onun arxasınca gedirəm.
Sayfa 358Kitabı okudu
-Qoy müharibə olmasın,insanlar bir-birini öldürməsin.Budur arzumuz.Axı dünya hamıya çatacaq qədər böyük dünyadır.

Updates

See All
Reklam
Gunəş insanlara həyatın ən böyük ismarışıdır.Onun yenidən başlaya bilmək gücü var.Günəş dünya yaranandan bu yana hər gün batır və yenidən doğur.Batmaqdan və yenidən doğmaqdan usanmır,yorulmur,qorxmur və bunu hər gün eyni həvəslə edir.Həyatın sirrinin batmaqda və yenidən doğmaqda olduğunu bizə anlatmağa çalışır.Demək istəyir ki,insan da qaranlığa qərq olduğu günlərin növbəti səhərində günəş kimi yenidən doğmağı bacarmalıdır
Elçin Əzimli
Elçin Əzimli
Dan Ulduzu
Dan Ulduzu

Comments and Reviews

See All
388 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Elçin Əzimli - Çağrı Marafonun beşinci kitabı "Çağrı" romanı oldu. Kitab hələki marafon kitabları arasında ən axıcı kitab oldu mənimçün. Ümumilikdə isə son bir il ərzində ən çox qeydlər elədiyim kitab oldu. Marafon olmasaydı bəlkə də qiymətinə görə əlim gəlməzdı almağa (hal-hazırda işsiz olduğum üçün yoxsa kitaba verilən pula heyfim gəlmir). Roman elə bil qədim üslubda olan əfsanələr, nağıllar kimi axıcıdır. Qiymətləndirmə eləsəm 10/10. Yormamaq üçün bütün alıntıları paylaşmayacam.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202358 okunma
388 syf.
2/10 puan verdi
·
Read in 21 days
Bu əsər üçün incələmə yazmaq istəyirdim, ancaq müxtəlif səbəblərdən dolayı ertələyirdim. Lakin necə deyərlər artıq vaxtdır. Əsərin mövzusu məncə çox maraqlıdır. Birincisi ona görə ki, insanlar qarluqlar barədə eşitməyiblər, bilmirlər. İkincisi ona görə ki, bu xalq həqiqətən də, olub və yazıçı da, əsərdə müəyyən tarixi elementlərdən istifadə edib. Lakin əsərin quruluşu, əsərin yazılma üslubu çox qəribə idi. Mən açığı desəm, oxucu olaraq, bu üsluba uzaq biriyəm. Yəni sən Çağrının mağaraya baxışından danışıb sonra Çağrının adının mənasına necə keçə bilərsən axı? Romanda bir məntiqi ardıcıllıq olmalıdır. Hər şey çox qarışıq idi mənə görə. Növbəti olaraq, bildirmək istəyirəm ki, bu əsər romandır yoxsa şəxsi inkişaf kitabı bəlli deyil. Yəni mən roman oxumaq istəsəm, qətiyyən bu kitabı seçib almaram. Lakin bir şəxsi inkişaf kitabı olaraq, almaq barədə düşünmək olar məncə.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202358 okunma
356 syf.
6/10 puan verdi
·
Read in 13 days
İlk öncə deyim ki,kitab motivasiya janrındadır.Bu janrla maraqlananlar üçün yaxşı bir tövsiyə ola bilər.Kitabda ən sevdiyim cəhət onun dizaynı oldu.Səhifələr arası şəkillər zövqlə çəkilmişdi.Amma sevmədiyim tərəfləri üstünlük təşkil etdi deyə bilərəm. Kitabdakı dialoqlar çox sıxıcı idi.Dialoqlar absurd şəkildə qurulmuşdu , insanı yorurdu."Çox sağolun", "minnətdaram", "əlbətdə", "məmnuniyyətlə " və.s kimi ifadələrə həddindən artıq yer verilmişdi.Buna görə də kitab axıcı olsa da mənə sıxıcı gəldi.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201981 okunma