Ramazan ayının son gecələrinin birində yuxuda gördüm ki, Musa ibn Cəfər məscidində seyid Əlini axtarıram. Onu məscidin bir guşəsində tapdım. Məni görüb ürəkdən gülümsədi. Səsi sanki səsgücləndiricidən gələn halda dedi: "Şəhidlər səni dəvət etdilər!"
Bu kitabı oxumazdan əvvəl "Salam olsun İbrahimə" kitabını oxumağı tövsiyə edirəm. Şəhid Hadi Zülfiqarinin gənc yaşda şəhadətə ucalan yolunda Şəhid İbrahim Hadinin də rolu var. Kitab çox gözəldir, çox şey öyrənmək olar.Kitabda xatirələr Hadi Zülfiqarinin öz dilindəndir.