Fikrət Qoca

Seçilmiş Əsərləri author
Author
8.0/10
2 People
8
Reads
8
Likes
1,313
Views

Fikrət Qoca Posts

You can find Fikrət Qoca books, Fikrət Qoca quotes and quotes, Fikrət Qoca authors, Fikrət Qoca reviews and reviews on 1000Kitap.
Xəzəl altda sutək gizlin axmağın, Kölgənə sızmağım doğrudur, haqdır. Mənim oğrun-oğrun sənə baxmağım Payızda baharı xatırlamaqdır...
Fikrət Qoca
Fikrət Qoca
Xəzəl altda su tək gizlin axmağım, Kölgənə sızmağım doğrudur, haqdır. Mənim oğrun-oğrun sənə baxmağım Payızda baharı xatırlamaqdır...
Fikrət Qoca
Fikrət Qoca
Reklam
ENƏN DEYİLƏM
Səndən, özümdən də daha bezmişəm, Özümün cəzamdı özüm dözmüşəm. Yayından ayrılmış oxam, süzmüşəm. Mən bir də geriyə dönən deyiləm. Huşunu ayıldıb taleyin daşı, Təzədən gözündə olmuşam yaxşı. Leysana dönsə də gözünün yaşı, Sevinən deyiləm, sönən deyiləm. Çarxım çevrilsə də, yatsa da baxtım, Sellər aparsa da demərəm: "axdım”! Görsəm ki, ucalıb göylərə qalxdın, Sən qalxan zirvəyə enən deyiləm.
Sayfa 83
Yaxşı ki...
Yaxşı ki, dünyada yaşayıram mən, Bir insan adını geyib əynimə, Bir insan ömrünü alıb çiynimə, Günlərdən-günlərə daşıyıram mən. Heç mən olmasam da dünya olardı, İnsanlar, qayğılar yenə vardılar. Dünya bir ürəklik kasıblayardı, Dostlar bir dost boyu qısalardılar. Heç mən olmasam da, boş qalmaz yerim, Min Fikrət tapılar tanışa, yada. Mənim öz sevincim, mənim kədərim Yetim qalacaqdı gözəl dünyada. Mənim məhəbbətim bahar kimidir, Nifrətim ən qəddar şaxta, ayazdı. Bütün qapıları döyərdi bir-bir Gecələr yatmağa sizi qoymazdı.
Sayfa 123
AĞLAYAR
İçimdə bir xərabə var, Dindirsən daşı ağlayar. Bir yol küçəsindən keçsə, Dərd qanmaz naşı ağlayar. Kim verdi qəlbimə yası? Mərd hansıdı, namərd hansı? Ömrümün güney səması Quzeydən yaxşı ağlayar. Bu haqsızlıq haqdan damar, Göyü, yeri, günü danar. Göz görüb heyrətdən donar. Göz üstə qaşı ağlayar. Qədim od oğlu – Azərəm, Əllərdə oynanan zərəm. Ağlamaram, mən dözərəm, Könlümün başı ağlayar.
Sayfa 73
HƏMSÖHBƏT
Ürəyim darıxanda, abırlı bir yerə getmək istəyəndə, abırlı bir söhbət etmək istəyəndə çıxıram sahilə, altıma qoyuram daşı, atıram qarmağı, Dənizdən yaxşı yer, Balıqdan yaxşı söhbət yoldaşı...
Sayfa 112
Reklam
61 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.