Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Firdovsi Rəsul

Firdovsi RəsulGülümsə yazarı
Yazar
8.0/10
1 Kişi
15
Okunma
1
Beğeni
383
Görüntülenme

Firdovsi Rəsul Sözleri ve Alıntıları

Firdovsi Rəsul sözleri ve alıntılarını, Firdovsi Rəsul kitap alıntılarını, Firdovsi Rəsul en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İllər boyu ürəyimdən silinməyən xatirələr, Yeri, yurdu, ilki, sonu bilinməyən xatirələr... Gör neçə il keçib, gülüm, Səni çoxdan itirmişəm. Yadındadırmı ilk görüş? Bəlkə də, mən səni elə Həmin vaxtdan itirmişəm...
Bəlkə də, heç zaman ölməyəcəyəm Sənin ürəyində öldüyüm kimi.
Reklam
Sən ayrı insansan, mən ayrı insan, Daha baxışların mənə yad gəlir. Dəyişdikcə illər, ötdükcə zaman Şirin xatirədən acı dad gəlir.
Nə ayrılmaq olur, nə də qovuşmaq, Adama deyərlər nədi bu sevgi?!
Elə bir yer tapaq, orda nə qəm olsun, nə də həsrət, Ayrı dünya yaradaq gəl iki insandan ibarət...
Taleyim bir dərdlə rast saldı məni, Bir nəfər çiyninə götürə bilməz. Daha bu dünyada heç bir kəs səni Mənim kimi tapıb, itirə bilməz.
Reklam
Dünyanın qapısı, pəncərəsi yox, Açıb çağırasan gedənlərini.
Günlərin birində fələk Ayrı saldı yolumuzu. Biz əvvəldən səhv elədik, Düşünmədik sonumuzu.
Hər gecə bir ümid ölür içimdə, Gözləmək daxili müharibədir.
Gözlərim gəzəcək səni həmişə, İçimdə bir ümid, ölməmisən sən. Dünən öz əlimlə dəfn eləmişəm, Bu gün axtarıram, bəlkə, evdəsən?
Reklam
Qocalar evinin pəncərəsindən Yalnız keçmişinə boylanmaq olar.
Düşündük hər şeyi öyrənmişik biz, Qarşıda, sən demə, hələ nələr var.
Əslində yazılan bütün şeirlər Sənin gözlərinlə oxunmalıydı...
Gedən gedər, o sevgidən sonunda bir ümid qalar, Zaman gələr, tamamlanar yarım qalan yaşantılar.
Silgi də, pozan da silə bilmədi Ömür lövhəsinə yazılanları.
107 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.