1000Kitap Logosu
Firudin Ağayev
Firudin Ağayev
Firudin Ağayev

Firudin Ağayev

Yazar
Çevirmen
BEĞEN
TAKİP ET
7.7
3 Kişi
1
Okunma
0
Beğeni
29
Gösterim
Tam adı
Ağayev Firudin Balakişı oğlu
Unvan
Nasir, Dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü
Doğum
Lənkəran, Azərbaycan SSR, SSRİ, 22 Kasım 1933
Ölüm
Bakı, Azərbaycan, 16 Ekim 1995
Yaşamı
Firudin Ağayev 1933-cü il noyabrın 22-də Lənkəran şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1953-1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radıo Verilişləri Komitəsində redaktor kimi başlamış (1958), sonra radio uşaq verilişləri redaksiyasında baş redaktor (1960-1963), televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini (1963-1966), bədii verilişlər redaksiyasında baş redaktorun müavini (1966-1968), uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor (1968), səhnə verilişləri redaksiyasının redaktoru (1968-1969), "İncəsənət" redaksiyasının baş redaktoru (1969-1970), "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü (1970-1971), baş redaktoru (1971-1973), musiqili verilişlər baş redaksiyasının redaktoru (1973-1976), əyləncəli proqram redaksiyasının böyük redaktoru (1976), "Gənclik" redaksiya proqramını hazırlayan qrupun redaktoru (1976-1978) olmuşdur. Ədəbiyyat verilişləri redaksiyasında şöbə müdiri (1978-1991), kinoverilişləri baş redaksiyasının böyük redaktoru (1991-1995) vəzifələrində çalışmışdır. Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxan oçerk və hekayələri ilə başlamışdır. Onun "Ananın məktubu" hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərmişdir. Onun "Skripkanın qayıtması", "Həyat, söylə sən kiminsən?", "Leyla və onun dostları" ssenarilərınə telefılm çəkilmiş, "Qayğı", "Səməndər quşu", "Cırtdanın sərgüzəştləri", "Xoruz" pyesləri səhnəyə qoyulmuşdur. Medalla təltif olunmuşdur (1970). 1995-ci il oktyabrın 16-da Bakıda vəfat etmişdir.
Henüz kayıt yok