Fəxri Ağayev

Fəxri Ağayev

Yazar
6.3/10
3 Kişi
·
3
Okunma
·
0
Beğeni
·
21
Gösterim
"Təcrübə - başımıza gələnlər deyil, qarşımıza çıxan vəziyyətlərdən hansı nəticələri çıxartmağımızdır."
"Fiziki yorğunluq ruh zəifliyi deyil. Biz fiziki bacarmadığımıza görə deyil, psixoloji davam edə bilmədiyimizə görə məğlub oluruq."


Türkçe: Fiziksel yorgunluğumuz ruh zayıflığı değil. Bizler fiziksel olarak başaramadığımız için değil, psikolojik olarak devam edemediğimiz için yeniliyoruz.
"Həyatımızı və streotiplərimizi dərrakəli dəyişməliyik."

Türkçe: Yani bir karar alırken esaslara dayanmak, bilgi doğrultusunda ilerlemek gerekir.
232 syf.
·10 günde·Beğendi·5/10
Kitab nə haqqındadır?
Kitab sağlamlıq, sağlam bəslənmə, qida kaloriləri, fiziki aktivlik, həyat tərzində balans, doğru bilinən səhvlər haqqındadır.

Kitabdan qazandıqlarım nələrdir?
Kitabı 5 gün bundan əvvəl bitirmişəm. Lakin bitirdikdən sonra dərhal bu haqda düşüncələrimi paylaşmaq istəmədim. Onun yerinə yemək rutinim və fiziki aktivliyimlə əlaqədar özüm üçün yeni bir sistem yaratdım. Və artıq 5 gündür ki, hər axşam o gün nələr yedim, nə qədər idmanla məşğul oldum deyə hesabat tuturam. İnanılmaz təsiri var. Artıq bekarçılıqdan yeməyi və sevimli çubuqlarımı almayıb yerinə meyvələri tükətməyimin təsirini o dəqiqə hiss edirəm. Sanki canlanıram və daha çox enerjiyə sahib oluram. Gördüyünüz kimi dostlar, əgər mən sağlam həyat tərzinə keçid etməklə orqanizmimə vurduğum ziyanları düzəltmək qərarına gəlməsə idim, bu kitabı da bədii ədəbiyyat kimi oxuyub, əlavə informasiyalarla beynimi dolduracaqdım. Və heç bir təsirini də görməyəcəkdim. Fəqət, kitaba başlamazdan əvvəl bir məqsədim vardı, başladım və sonra da mənə uyğun bəzi notlarla məqsədimi reallaşdırmaq üçün dərhal dəyişiklərə başladım. Təbii ki, bu mövzuda araşdırmalar davam edəcək. Əsla bir mənbə ilə kifayətlənməyin, araşdırmağa və oxumağa davam edin. Sadəcə xatırlamaq lazımdır ki, səbəb olmadıqda başlamağın da bir mənası qalmır. Davamiyyəti qoruyub, məqsədə çatdıran başlama səbəbimizdir.

Kitabı kimlər niyə oxumalıdır?
Sağlamlığı prioritet olaraq müəyyənləşdirib, sağlam həyat tərzinə keçid etmək istəyən, lazımlı-lazımsız qida məhsulları ilə orqanizminə ziyan vuran və bunu dəyişdirmək istəyən, həm sağlam həm də peşəkar həyatda müvəffəqiyyətli olmaq istəyənlər üçündür.
264 syf.
·21 günde·Beğendi·7/10
Kitabı almaqda məqsədim:
Fəxri müəllimin bir seminarından qazandıqlarım kifayət etdi ki, müəllifi olduğu kitablarını da alım. Fəxri müəllim şəxsi inkişaf yolunda öz hüdudlarını belə aşan canlı Azərbaycan nümunəsidir! Ona, onun intizam gücünə, əzminə, disiplininə qibtə etməmək əldə deyil. Bu da öz növbəsində onun beyninin məhsulu olan bu kitabın alınmasını qaçınılmaz edir.

Kitab haqqında düşüncəm və kitabdan qazandıqlarım:
Şəxsi inkişafa meyilli olduğumdan və bu haqda bir-sıra kitablar oxuyub, video materiallar izləyib, məqalələri mütaliə etdiyimdən müəyyən bir hissəyə qədər kitab sadəcə bildiklərimin təkrarı kimi gedirdi. Təkrar etdikcə bu sahədə yazanların ortaq düşüncələrinin çoxluğunu gördüm. Düşüncələr qətiyyən bir-birindən oğurlanmışdır demək istəmirəm. Tam tərsi, yaşayaraq test edilmiş, yoxlanılmış kankret faktlar var. Həmin faktlar insanın o çox arzuladığı uğura yalnız güclü daxili istək, əzm, disiplin, əziyyətlə çatdığını, asan yolu axtarmağın mənasız olduğunu bildirir. Bu faktların vacibliyini bir daha vurğuladığı və diqqətimə çatdırdığı üçün Fəxri müəllimə öz minnətdarlığımı bildirirəm. Artıq daha çox xatırlayacam.

Kitabdan ən böyük qazancım etdiklərimi müəyyən bir period ərzində hesablayaraq, dəyərləndirmək oldu. Yanaşma dəyişəndə həyat da dəyişir. Ən əsası isə motivasiya artır. Fəxri müəllimin aydın şəkildə qeyd etdiyi nümunəvi fəaliyyət planı isə mənim üçün tapıntı oldu! Vaxtımı daha düzgün bölməkdə və hər gün inkişaf etməkdə bu fəaliyyət planı mənim üçün strateji yol xəritəsinə çevrildi. Hətta tətbiqə belə başladım. Qısaca, qeyd etsəm metodika və üsul adına kitabdan çox dəyərli tapıntılar əldə etdim!

Kitabda ən sevdiyim hissə “Məsləhətlərim” hissəsi oldu, çünki ordan çox şey qazandım.

Bu kitabı kimlər, niyə oxumalıdır?
Həyatını nizama salmaq istəyən, məqsədlərini toparlayıb, onlara uyğun fəaliyyət planı hazırlamaqda çətinlik çəkən, zamanından qeyri-effektiv istifadə edib, məhsuldar yaşamağı bacarmayan, ən əsası isə uğurlu bir gələcək arzulayan və həqiqətən də özünü dəyişməyə və öz iradəsizliyinə qalib gəlməyə qərarlı olan hər kəs oxumalıdır.

Qeyd: Şəxsi inkişaf kitabları, quru motivasiya ponponlayıcıları deyil. Şəxsi inkişaf kitabları təcrübələrin yazıda əksidir. O təcrübələrdən nə dərəcədə faydalanacağına şəxs özü qərar verir.

Yazarın biyografisi

Yazar istatistikleri

  • 3 okur okudu.
  • 2 okur okuyacak.