Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ganire Paşayeva

Ganire PaşayevaAllah Seven Kalplerdedir yazarı
Yazar
Derleyen
9.0/10
19 Kişi
79
Okunma
36
Beğeni
6,4bin
Görüntülenme

Ganire Paşayeva Sözleri ve Alıntıları

Ganire Paşayeva sözleri ve alıntılarını, Ganire Paşayeva kitap alıntılarını, Ganire Paşayeva en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Artıq aramıza kilometrlər deyil Amansız, aylar, illər girdi. Nə sən əvvəlkisən, nə də mən..
Sayfa 154
...Səncə insan bir insanı ömrü boyu axtara bilərmi? Mən də bir zamanlar inanmazdım, amma bilər... Getdiyi hər yerdə, baxdığı hər yerdə... Bəlkə heç bu şəhərdə deyil, amma yenə arar... Təsadüflərə yaman inanan olar. Bəlkə təsadüfən qarşılaşarıq deyə gözü onu arar... Qarşılaşdıqları zaman nə edəcəyini, nə söyləyəcəyini belə düşünmədən arar... Gəl deməz, artıq aramağa da razıdır. Çünki aramaq bitməyən bir ümiddir...
Sayfa 32
Reklam
-Bir insan dünyaya gələndən mütləq onun üçün yazılmış digər insanı axtarır və ya onun gəlişini gözləyir. Hər kəs o insanı tapa bilmir. Xoşbəxt adlandırılan insanlar tapa bilənlərdir... Qovuşanlar isə ən xoşbəxti...
Sayfa 33
-Bəlkə də əslində o deyildi sizin üçün yazılmış insan. Siz yanılmışdınız...
Sayfa 33
Belə..
"Mümkünsüzdü qovuşmağımız, mümkünsüzdü birlikdə xoşbəxt olmağımız. Amma mən səni..."
Sayfa 16
İnsan bir insanı tanımadan necə sevə bilər fikirləri sevginin nə olduğunu yaşamayanların sözləridir. Bir gün gözlənilmədən qarşına biri çıxır və sənə bütün əzbərlərini pozdurur... İlk dəfə gördüyün adamı sanki illərdir ki, tanıyırsan hissi dolur içinə...
Sayfa 34
Reklam
Bəzən insanın bütün xoşbəxtliyi bir nəfərin varlığına bağlı olurmuş...
Sayfa 23
İnsan qəribə məxluqdur... Dəlilər kimi sevdiyi insanın yoxluğuna da öyrəşir...
Sayfa 155
"Mənə xatırlama sənətini yox, unutma sənətini öyrət. Çünki mən xatırlamaq istəmədiklərimi xatırlayıram və unutmaq istədiklərimi unuda bilmirəm" - deyirdi qədim yunan dövlət xadimi Femistokl.
Sayfa 137
Dediklərimi dinlədin, Demək istədiklərimi bilmədin, Əslində isə həqiqət dediklərimdə deyil, deyəcəklərimdəydi...
Sayfa 74
228 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.