Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ganire Paşayeva

Ganire PaşayevaAllah Seven Kalplerdedir yazarı
Yazar
Derleyen
9.0/10
19 Kişi
79
Okunma
36
Beğeni
6,3bin
Görüntülenme

Ganire Paşayeva Sözleri ve Alıntıları

Ganire Paşayeva sözleri ve alıntılarını, Ganire Paşayeva kitap alıntılarını, Ganire Paşayeva en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ayrılmaqmı?.. Bəzi insanlar ayrılıqdan şikayət edərlər... Əslində sevən sevdiyindən heç zaman ayrılmır ki... Çünki sevməyə davam edir, özləməyə, gözləməyə davam edir... O zaman bunun harası ayrılıqdı.. Hər dəqiqə onun haqqında fikirləşir. Görəsən indi haradadır, kiminlədir, nə edir... Artıq gecdir yəqin indi yatıb, artıq günəş çoxdan çıxıb yəqin oyanıb... Görəsən bu gün məni xatırladımı...
Sayfa 38
Şair demiş, "Ayrılıqlar Da Sevgiyə Daxildir...!"
Sayfa 41
Reklam
Belə!
Gerçəkdən də həyatda hər kəsin öz həyat yolu var həyatımızda baş verən heç bir şey təsadüf deyil... Bəzən itirdiklərimizə təəssüflənirik, üzülürük, acı çəkirik. Bu sevgili də ola bilir, bir dost və ya bir əşya da... Amma çox zaman anlamaqda çətinlik çəkirik ki, öz yolu ilə gedənlərin həyatında baş verən heç bir şey təsadüfü deyildir... Əgər itirdiklərimiz bizim yolumuzun bir hissəsidirsə və ya biz onların yolunun bir hissəsiyiksə o nə vaxtsa mütləq qayıdacaq... Əgər onlar bizim yolumuzun bir hissəsi deyillərsə və ya biz onların yolunun bir hissəsi deyiliksə onsuz da heç bir şey edə bilmərik.
Sayfa 76
Mənim üçün ayrılıq insanın insandan cismani ayrılığı deyil, mənim üçün ayrılıq sevdiyin şəxslə bağlı arzularının, xəyallarının bitməsidir...
Sayfa 28
Bu bir gerçəkdir.İnsan hər zaman məhz xatırlamaq istəmədiklərini xatırlayır və unutmaq istədiklərini unuda bilmir.Bəlkə də səbəb xatirələrin keçmişin həqiqəti olmasıdır... Ondan isə nə qaçmaq, nə də onu unutmaq olar...
Sayfa 137
İnsanlar keçmişinə ən böyük xəyanəti unudaraq edirlər.
Sayfa 31
Reklam
Artıq aramıza kilometrlər deyil Amansız, aylar, illər girdi. Nə sən əvvəlkisən, nə də mən..
Sayfa 154
Yolda qarşıma kitab dükanı çıxır.Mənə kitablar alacağına söz vermişdin, amma almamışdın. Mən də hər zaman görəsən mənə hansı kitabı almaq istəyirdi deyə çox düşünmüşdüm. Kitablara baxıram, sənə kitab almaq istəyirəm... Görəsən hansı kitabı almamı istəyərdi deyə düşünürəm. Bəlkə zəng edim soruşum deyə içimdən şeytani hisslər baş qaldırır... Amma zəng etmirəm... Bir neçə dəfə telefonu əlimə alıb təkrar çantaya qoyuram. Çünki telefonuma cavab verməyəcəyini bilirəm...
Sayfa 21
...Sən mənə bir şeylər öyrətmək üçün gəlmişdin və bir şeylər öyrətmək üçün də getdin... Daha doğrusu, Tanrım səni mənə bir şeylər öyrətmək üçün göndərmişdi, bir şeylər öyrətmək üçün də aldı...
Sayfa 65
-Bəlkə də əslində o deyildi sizin üçün yazılmış insan. Siz yanılmışdınız...
Sayfa 33
Reklam
Həyat qəribədir..
Deyirəm, həyat nə qəribədir.. -Bəzi insanların varlığından, bəzi insanların isə yoxluğundan yoruluruq... Dünya nə qəribədir, deyilmi?.. -Bəzi insanlar həyatımızda istəməsək də varlar, bəzi insanlar isə istəsək də yox...
Sayfa 91
Aşkın en tehlikeli yüzü ,her saat her saniye ,her an sadece bir yüzü özlemektir
Sayfa 148Kitabı okudu
Belə..
"Mümkünsüzdü qovuşmağımız, mümkünsüzdü birlikdə xoşbəxt olmağımız. Amma mən səni..."
Sayfa 16
Bəzən insanın bütün xoşbəxtliyi bir nəfərin varlığına bağlı olurmuş...
Sayfa 23
İnsan qəribə məxluqdur... Dəlilər kimi sevdiyi insanın yoxluğuna da öyrəşir...
Sayfa 155
227 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.