Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Günel Eyvazlı

Günel Eyvazlıİşıq yazarı
Yazar
0.0/10
0 Kişi
0
Okunma
0
Beğeni
77
Görüntülenme

Hakkında

Günel Eyvazlı 1984-cü il aprelin 9-da Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər Fəxrəddin Piriyev adına 18 saylı orta məktəbi bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Filologiya” fakültəsini, 2014-cü ildə BQSK-nın "Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” fakültəsini bitirib. 2003-cü ildə Təbrizdə nəşr olunan "Körpü” jurnalında şeirlərinin yayımlanması ilə ədəbiyyata gəlib. Həmin illərdən başlayaraq mütəmadi olaraq "Yeni Azərbaycan” qəzetinin Ədəbiyyat əlavəsində, "Ulduz” jurnalında, "Sirdaş”, "Azərbaycan qadını”, "Aydın yol”, ”"Kaspi”, "Ədəbiyyat qəzeti”, "Литературный Азербайджан”, Türkiyənin "Ortakses”, "Anamursedr” elekron dərgilərində, Sozvuçie Beynəlxalq Ədəbiyyat Portalında silsilə şəklində poetik, nəsr nümunələri, tərcümə və intellektual esseləri ilə çap edilib. "Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin UNESCO-nun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınlar yaradır" layihəsi çərçivəsində çap olunmuş almanaxda şeirləri (ingilis dilində), həmçinin Azərbaycan Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin "Yeni söz” almanaxında "Tuten Xatun” hekayəsi yer alıb. Davamlı olaraq Azərbaycan Televiziya Kanallarına (AzTV, AzTV Mədəniyyət, Space, Lider TV, APA TV, Dünya TV) dəvət olunur. Ədəbiyyat, sosial, kultroloji, təhsil yönümlü verlişlərdə ekspert qismində çıxış edir. Bakı Slavyan Univeristetinin nəzdində fəaliyyət göstərən "Yaradıcılıq” fakültəsinin, Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən "Gənc ədiblər məktəbinin” dinləyicisi olub. 2012- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. 3 kitab müəllifidir. Sonuncu "İşıq” esselər toplusu Respublika Prezidentinin Azərbaycan Yazıçılar Birliyinə ayırdığı maliyyə hesabı çərçivəsində, "Ədəbiyyat qəzeti yayınları” silsiləsindən çap olunub. Viktor Hüqonun "Kromvel dramına ön söz”ü ilk dəfə Günel Eyvazlı tərəfindən rus dilindən Azərbaycan dilinə tərcümə olunub. Bu tərcümə silsilə şəklində "Ədəbiyyat qəzeti”ndə çap olunub. O, "Ədəbiyyat qəzeti”nin əməkdaşı, "Ədəbiyyat qəzeti”nin rəsmi saytı olan Edebiyyatqazeti.az saytının redaktoru, Sumqayıt Dövlət Texniki Kollecinin "Kitabxana müdiri” və pedaqoqdur. Mükafatları: 1. 2014-cü ildə "Gəncliyin Elmi-Mədəni İnkişafı” təşkilatının "Gənclər və uğurlar” layihəsi çərçivəsində "Media sahəsində əldə etdiyi uğurlara görə” diplomu ilə təltif edilmiş. 2. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti”nin təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı ilə "Ədəbiyyat qəzeti"ndə dərc olunan kultroloji yazılarına görə təltif olunub. 3. 2016-cı ildə Yaradıcılıq fondunun və Dini Qurumlar üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Quran motivləri əsasında hekayələr" müsabiqəsinin qaliblərindəndir. 4. 2017- ci ilin 2 Fevral "Gənclər Günü" münasibətilə Gənclər və İdman Nazirliyinin Sumqayıt şəhər şöbəsi tərəfindən "İlin Gənc Yazıçısı" adına layiq görülüb. 5. Qırğızıstan Yazıçılar Birliyi tərəfindən "Gənc qırğız şeiri antologiyası” üçün etdiyi poetik tərcümələrə görə Diplomla təltif edilib. 6. LİFFT- 2019 4-cü Avrasiya Ədəbiyyat Festivalının laureatlarındandır.
Unvan:
Yazıçı, Şair, Esseist, Tərcüməçi, Araşdırmaçı.
Doğum:
Sumqayıt, Azərbaycan, 9 Nisan 1984

Okurlar

1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
İblis!.. O böyük ad nə qədər calibi-heyrət! Hər ölkədə, hər dildə anılmaqda o şöhrət, Hər qülbədə, kaşanədə, viranədə İblis! Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis! (H. Cavid “İblis”)
Sayfa 21 - «Elm və təhsil» 2019
İttiham etmək çox asandır. Ədəbiyyatdan hər şey umuruq. Tərbiyə etsin, insan etsin. Bəyənməsək, istəklərimiz və arzularımızın əleyhinə olarsa asılsın, boynu vurulsun. Bütün dövrlərdə, bütün zamanlarda təkrarlar təkrarlanır.
Sayfa 17 - «Elm və təhsil» 2019
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok