Hamlet Qocayev

Tufan çevirdiği kitabı
Çevirmen
7.5/10
0 Kişi
0
Okunma
0
Beğeni
637
Görüntülenme

Hakkında

Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin “İncəsənət və ədəbiyyat Komandoru” ordeni və fəxri adı laureatı. Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964-1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, “Tam-tamlar ölkəsində” (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən “Afrikada gördüklərim” (1986), “Üç Afrika ölkəsi” (1989) kimi əsərlərini qələmə alır. Fəaliyyətinin bütün dövrlərində Fransanın görkəmli yazıçılarının əsərlərini ana dilimizə çevirmək, azərbaycanlı oxucuya orijinala maksimum yaxın bir üslubda təqdim etmək işini davam etdirmişdir. 1968-1971-ci illərdə işlədiyi “Gənclik” nəşriyyatında çap olunan uğurlu tərcümə nümunələri (A.Morua “Fəslin çiçəkləri”, A. Filip “Bir göz qırpımı”, M.L.Verner “Peretin nağılları” və s.) tərcüməçilik fəaliyyətinin inkişafına və genişlənməsinə şərait yaradır. 1971-1980-ci illərdə SSRİ-nin Asiya və Afrika xalqları ilə həmrəylik komitəsinin Azərbaycanda məsul katibi vəzifəsində çalışan Hamlet Qoca eyni zamanda ictimai-siyasi xadim kimi də fəaliyyət göstərmiş, müxtəlif dünyamiqyaslı beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir. 1980-1982-ci illərdə SSRİ-nin Əlcəzairdəki səfirliyində mədəniyyət mərkəzinin müdiri vəzifəsində çalışmış, vəzifə müddəti bitdikdən sonra yenidən əvvəlki işinə qayıtmışdır. 1994-2000-ci illərdə Azərbaycan Televiziya və Radio Şirkəti Qərb verilişləri redaksiyasında baş redaktor vəzifəsində çalışmışdır. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər şöbəsində baş məsləhətçi təyin edilmişdir. Hamlet Qoca ağır xəstəlik keçirdiyindən ürək-damar çatışmazlığı səbəbi ilə 2019-cu il, mayın 7-də vəfat etmişdir.
Tam adı:
Hamlet Göyüş oğlu Qoca
Ünvan:
Çevirmen
Doğum:
Ağdaş, Azərbaycan, 22 Aralık 1942
Ölüm:
Bakı, Azərbaycan, 7 Mayıs 2019
Reklam

Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam