"Şəms Təbrizinin şeiri"
Ağlamağa gəlincə...
Ağlamağa gəlincə,
birinci həmişə insan ağlayır,
sonra yağışlar, bulaqlar...
Ağlamağa gəlincə,
birinci həmişə insan ağlayır,
sonra bütün yerdə qalanlar...
Sonra, ancaq sonra
bütün yağışlar
ildırım xətkeşiylə
göylərin ölçüsünü hesablayar...
Yediyimiz çörəklər necə də dadsızdı...
Onların dadını ancaq
zindana göndərilən çörəklərin içindəki
gizli məktublar artırar...
Orda şikəstə xəttiylə
mənim hikmətlərim yazılar...
Göy üzü də yer üzüdü,
ancaq orda torpaq yoxdu,
bu cahanda nə varsa,
o həm var, həm də yoxdu...
Bütün sevgilər bitir,
ancaq sevgilərin sonunda
nöqtə yoxdu.