Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ida Jessen

Ida JessenYeni Çağlar yazarı
Yazar
5.8/10
5 Kişi
6
Okunma
1
Beğeni
348
Görüntülenme

Ida Jessen Gönderileri

Ida Jessen kitaplarını, Ida Jessen sözleri ve alıntılarını, Ida Jessen yazarlarını, Ida Jessen yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
200 syf.
3/10 puan verdi
·
23 günde okudu
Kitab əsas obrazın dilindən, gündəlik formasında yazılmışdır. Həyat yoldaşını itirən bir qadının sonrakı yaşantısından bəhs edilir. Əsər boyunca gənc yaşlarında məktəb müəlliməsi işlədiyi vaxtları, əri ilə tanış olmasını və onunla bağlı digər hadisələri xatırlayır. Əyalət həkimi əri – Doktor Baqqe'nin ölümündən sonra yeni evə köçür, burada yeni həyata başlayır.
Yeni Çağlar
Yeni ÇağlarIda Jessen · Alatoran Yayıncılık · 04 okunma
"Tez-tez belə olur ki, insanlar kimisə görməyə, başqaları ilə nəyisə bölüşməyə ciddi bir ehtiyac duyanda özlərini daha da təcrid edirlər, bu ehtiyacı zəiflik kimi qəbul edib bildirmirlər."
Sayfa 173Kitabı okudu
Reklam
"İnsan yaşlandıqca, sadəlövhlüyü də özü ilə bərabər gətirir. Sanki insan köhnə mənini daha özü ilə daşıya bilmir, insan ona qalib gəlməkdənsə özü onun tərəfdən "unudulur". Bütün həyatın ziddiyyətləri insanın öz gücü daxilində baş verir. Nələrəsə gücümüz çatır, nələrəsə çatmır. Çox yaşlı, dünyagörmüş insanlar çox şeyi birbaşa demirlər, xeyr, ona görə yox ki onlar bunu edə bilmirlər. Sadəcə buna məhəl qoymurlar, veclərinə deyil."
Sayfa 154Kitabı okudu
"O zaman mən hələ bilmirdim, eyni əldən gələn zorakılıq və şəfqət, eyni əldən gələn yalnız zorakılıqdan daha çox qorxu yaratmağa qadirdir."
Sayfa 129Kitabı okudu
"Acı kədərli həyat çox yumşaq bir kresloya bənzəyir, oturduqca batırsan, durmaq istəyəndə isə çətinlik çəkirsən, dura bilmirsən."
Sayfa 126Kitabı okudu
"Əgər inansanız, bütün dünyanı dəyişə bilərsiniz. Amma səhv etdiyinizi düşünsəniz bu zaman dünya sizi təqib edib sizi dəyişdirəcək."
Sayfa 103Kitabı okudu
Reklam
"Söhbət bütün anlaqlı həyatını biri ilə yaşayıb ömrünün bir mərhələsində onu itirməkdən gedir. Belə deyək də "azad olunur" insan. Azadlıq isə hər zaman yaxşı həyat demək deyil. Elə azadlıqlar var ki, onu heç kəs nə istəyir, nə də axtarır, dul qalmaq da belələrindən biridir."
13 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.