İlqar Fəhmi

Aktrisa author
Author
8.3/10
39 People
193
Reads
35
Likes
3,803
Views

İlqar Fəhmi Posts

You can find İlqar Fəhmi books, İlqar Fəhmi quotes and quotes, İlqar Fəhmi authors, İlqar Fəhmi reviews and reviews on 1000Kitap.
Nəyi pisdi?
Sən hər gecə göylərdə gümüş ay kimi parla, Mən şöləsi titrək çıraq olsam, nəyi pisdi? Sən incə zərif duyğuların məskəni cənnət, Mən orda xəyalən qonaq olsam, nəyi pisdi? Sən bir kitab ol, zövqü olanlar oxusunlar, Mən rəngi saralmış varaq olsam, nəyi pisdi? Sən nur ələyən hər yana büllur saray ikən, Mən torpağa yatmış otaq olsam, nəyi pisdi? Sən çay kimi ax, bəndləri sındır yolun üstə, Mən sadə ve səssiz bulaq olsam, nəyi pisdi?. Sən ruhunu azad ele zülmət qaralıqdan, Mən yarı qara , yarı ağ olsam, nəyi pisdi? Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın... Mən də sənə hərdən dayaq olsam, nəyi pisdi?
Parlaq imzalarKitabı okudu
Saçlarında əllərim gəzdikcə duydum, ey pəri*, Burda nə zövqü-səfa görmüş daraq məndən qabaq... Pəri* - Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız
Sayfa 114Kitabı okudu
Reklam
Zəncirlədi könlüm quşunu həlqeyi-zülfün* Qalmış ayağı bağlı, pərişan, heyif ondan.. Həlqeyi-zülfü* - boyundakı saç
Sayfa 109Kitabı okudu
Dedilər şərbət halaldır, acı mey isə həram* Halalı yoxlamışam, indi haram axtarıram.. Həram* = Haram
Sayfa 108Kitabı okudu
Gülüm, eşqin meyini* içməyə cam axtarıram Gecədən qorxmayıram, olsa da şam, axtarıram.. Mey* - fars. Şərab
Sayfa 108Kitabı okudu
İtib könlüm quşu, yəqin, gəzir canan olan yerdə, Çün adətdir dolaşmaq xəstəyə loğman olan yerdə...
Sayfa 102Kitabı okudu
Reklam
Badeyi-eşqi içib bülbüli-şeyda* bağda, Elə məst oldu ki, gül yarpağı bildi xəzəli... Şeyda* - fars. Dəlicəsinə vurğun, eşq divanəsi, məftun (bəzən “şeyda bülbül” tərkibində işlənir).
Bakı dəfn edən şəhərdi, Bakı basdıran şəhərdi, Bakı öz ümidlərindən adam asdıran şəhərdi..
Sayfa 90 - Parlaq imzalar nəşriyyatKitabı okudu
Qoymur ürəyim ki, çəkilə göz dodağından, Bəlkə, çıxa bir kəlmə şirin söz dodağından. Mey içdiyin o boş qədəhi saqidən aldım, Bəlkə, o qədəhdə qala bir iz dodağından. Kaş ki, çıxa məndən, küləyə çevrilə ruhum, Axşam yanağından öpə, gündüz dodağından. Süzgün baxışında "sevirəm" sözü gördüm, Amma ürək istər eşidə öz dodağından...
Sayfa 73 - Parlaq imzalar nəşriyyatKitabı okudu
Səbanın* istirahət vaxtı çatmışsa, zərər yoxdur, Saçın ətrin bu gündən ver gətirsin hər səhər xəzri... *Səba - səhər əsən xəfif meh
Sayfa 70 - Parlaq imzalar nəşriyyatKitabı okudu
524 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.