İlqar Fəhmi

Aktrisa yazarı
Yazar
8.3/10
39 Kişi
194
Okunma
35
Beğeni
3.919
Görüntülenme

İlqar Fəhmi Yorumları ve İncelemeleri

İlqar Fəhmi yorumları ve incelemelerini, İlqar Fəhmi kitabı hakkındaki okur görüşlerini , İlqar Fəhmi puanlarını 1000Kitap'ta bulabilirsiniz.
91 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Hər vaxtınız xeyir, kitabsevərlər! Bir şeir kitabını daha bitirdim. Zənnimcə yavaş-yavaş oxuma həvəsim geri qayıdır. Şeirlər ruhumu dincəldir. Alıntı oxumağı sevdiyim üçün bəzi alıntılardan da kitablarla tanış oluram. Və alıntılardan tanış olduğum bu kitabla
Ays
Ays
sayəsində tanış oldum. Hətta şeirin birinə musiqi də bəstələnib. youtu.be/03XgjkPNhy8 Alıntı və mahnı mənə kitabı oxutdurdu desəm, yeridir. Təşəkkür edirəm
Ays
Ays
İlqar Fəhmi
İlqar Fəhmi
qələmi ilə ilk dəfə tanış oldum. Kitabın ön söz hissəsindən bir, iki səhifə oxudum. Əsasən də
Anar Rzayev
Anar Rzayev
'in fikirləri mənə maraqlı gəldi. Sonra səbrim çatmadı. Birbaşa şeirlərə keçdim. Kitabın hər səhifəsinə hörmətlə yanaşıram ancaq, bəzən səbirsizliyim məni incidir. Çox dərin mənalar var şeirlərində yazıçının. Ölümü sıx-sıx xatırlayır. Nakam məhəbbətin izləri var qələmində. "Gözəl sevmək" var. Eşqin yollarından keçməmiş biri bu qədər qəmli sətirlər düzə bilməz. Şeirin hər vəznindən xəbərdar olan yazıçı, adəta şeirlə bütünləşib. Bəzi sətirlərində özünütənqidə də yer verib. Tək bir nüansı sevmədim, demək olar ki, şeirlərinin yüzde səksənində Məcnun, Fərhad vurğusu var. Bu qədər təkrarlananda yorucu olur, mənim üçün. Bu tamamilə, mənim fikrimdir. Yeni kitabda görüşmək diləyi ilə xoş mütaliələr diləyirəm.
Bu Gündən Dünənə
Bu Gündən Dünənəİlqar Fəhmi · Bakı, Xan Nəşriyyatı · 201515 okunma
156 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 saatte okudu
Sadəcə 1 günə oxuyub bitirdiyim kitab... Hadisələr o qədər sürətlə cərəyan edir ki, insan kitabı oxuyarkən istər istəməz bütün emosiyalar bir birinə qarışır və soyuq bir tərlə bədənindən çıxır... Sənətindən ayrı düşmüş bir qadın .... Və özünün yaratdığı "monotamaşasinin" yeganə tamaşaçısı.. Təsirli səhnələr var oxumağa dəyər...
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma
Reklam
156 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
İlqar Fəhmi - "Aktrisa"
1 ay əvvəl eyniadlı filmi izləmişdim, bu kitabı da mütləq bir gün oxuyacağımı düşünürdüm, artıq bu gün o kitabı da oxumuş biri olaraq deyə bilərəm ki, yazıçı və rejissor hər ikisi möhtəşəm sənət əsəri yaradıb. Belə ki, sevdiyi sənətdən ayrılan Lalə Fətəliyeva bunu heç cür qəbul edə bilmir və sanki 1 tamaşaçısı olan zalda aktrisa kimi rola girir.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma
128 syf.
7/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
*** Sevirəm mən səni, şiddətli yağışçün sevirəm, Səni tufanlı soyuq şaxtalı qışçün sevirəm. Səni qarçün sevirəm. Və baharçün sevirəm. Sevirəm mən səni, şimşəklə küləkçün sevirəm, Səni sahildə donan çılğın ürəkçün sevirəm. Səni bizçün sevirəm. Və dənizçün sevirəm. Sevirəm mən səni, bir isti nəfəsçün sevirəm, Səni titrək, həyəcanla dolu səsçün sevirəm. Səni odçün sevirəm. Və buludçün sevirəm. Sevirəm mən səni, bu dar küçələrçün sevirəm, Səni tünd qəhvə əti ətirli gecələrçün sevirəm. Səni hər gün sevirəm. Və şəhərçün sevirəm... Sevirəm mən səni, bir səssiz otaqçün sevirəm, Səni misraların altında varaqçün sevirəm. Səni sözçün sevirəm. Təzə gözçün sevirəm...
Misra Misra
Misra Misraİlqar Fəhmi · Parlaq İmzalar Nəşriyyatı · 201822 okunma
156 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bir əsərində sonuna gəldik. Baş qəhramanlarımız yaratdığı mono-tamaşanın tək aktrisası Lalə Fərzəliyeva və pyesin yeganə tamaşaçısı Rüfət Hüseynzadədir. Kitab çox axıcı irəlilədi. Süjet xətti əla idi. Sonu qanımı dondurdu düzü. Çox qəribə hislər içindəyəm necə hissedəcəyimi bilmirəm. Və əsasda çatdırdığı fikir çox düşündürdü məni. Görəsən doğurdanda ən gözəl sənət əsərləri heç kimə göstərmədiyimiz,yazarı və yeganə oxucusu olduğumuz əsərlərdimi? Çox sevdiyim bir fikir var.Hislərimizi ifadə edə bilmədikdə bu hislər sənət əsərinə çevrilir kimi zaman musiqi, kimi zaman rəsm, kimi zaman şeir kimi zaman isə roman. Bu vaxt ən böyük dərt ortağımız vərəq, silahımızda qələmimiz olur. Və yazdığımız hər bir söz bir anda mərmiyə çevrilir. Və o içinə qapanıq insan bir anda yazdıqlarıyla özünü ən yaxşı ifadə edə bilən insana çevrilir.....Bəlkədə bəzən yeganə oxucu olmaq heç bir işə yaramır... Bəlkədə bəzən romanın hər səhifəsini dünyaya hayqırmaq lazımdır.Bəlkədə bunu hislərimizə borcluyuq.Axı onlarda eşidilməyə layiqdi.... Heç bir kitab qüsursuz deyildir,qüsurlarıyla sevin kitabları))) Kitabla qalın!! Salamat qalın!!!
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma
156 syf.
6/10 puan verdi
Bu kitabın filmi də var imiş, ona baxacağam mütləq. Deyiləsi söz varsa, o da bizdə də belə romanların yazılacağına inamımın artması oldu. Süjet xətti, insanların hekayədəki davranışlarının gerçəkliyi, hətta əsas xarakterin hərəkətlərini biraz da özümə bənzətməyim məni daha da çox içinə çəkdi.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.