Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlyas Tapdıq

İlyas TapdıqBir Evim Var yazarı
Yazar
Çevirmen
0.0/10
0 Kişi
2
Okunma
0
Beğeni
513
Görüntülenme

Hakkında

Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972). İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956). Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir. 1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60-80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur. Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir. Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda (1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak etmişdir (1994). Ürəyindən əməliyat olunmuş şair 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda, evində vəfat etmişdir.Şair Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunmuşdur. Müğənni Şəbnəm Tapdıqın atasıdır.
Tam adı:
İlyas Oruc oğlu Tapdıqov
Unvan:
Şair, Çevirmen
Doğum:
Əli İsmayıllı, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ, 30 Kasım 1934
Ölüm:
Bakı, Azərbaycan, 25 Aralık 2016

Okurlar

2 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Əsrlər uzunu görüşsələr də, - Ay Yerdən, Yer isə Günəşdən doymur...
Reklam
Hər kəs duya bilib qəlbindəkini, Öldürə biləydi həsədi, kini! Saxta məhəbbətlər ölə biləydi. Yalançı ülfətlər ölə biləydi. Qurdlu ürəklərin qurdu öləydi. Nadanlıq, Cəhalət yurdu öləydi! Miras götürməyib xəyanətləri, Miras götürməyib cinayətləri Nəsillər yenidən boy ataydılar, Məhəbbət dünyası yaradaydılar!
Dünyada öz adım özümə bəsdir, Özgəsi gümüşdü, zərdi neylərəm!
Adam var - Gümanı yoxdur bahara. Dəfn olub ümidi öz ürəyində...
Nə fərəhli illər gəlir, Ömrə-günə səhər gəlir! Zəfər üstdən zəfər gəlir Mənim böyük Vətənimdə.
Henüz kayıt yok
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok