1964-cü il 20 apreldə Sabirabad rayonunda anadan olub. Uşaqlığının və gəncliyinin bir hissəsi Azərbaycanın Sumqayıt şəhərində keçib. 1981-ci ildə Sabirabad rayonu 1 saylı orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə daxil olmuş və 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişdi. Daha sonra 1988-ci il Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 1994-cü ildə ali məktəbi bitirmişdir.
İradə Əlili Rusiya, Türkiyə və s. ölkələrdə konfranslarda iştirak etmişdir. Həm kitabxanaçı, həm də bu sahəni tədris edən müəllimədir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinində müəllimə, Mədəniyyət Nazirliyinin mədəniyyət işçilərinin ixtisas artirma kursunda müəllimə işləmişdir. AMEA-nin dissertantı "Müasir dövrdə Azərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya təminatı" mövzusunda araşdırmaçıdır.
Hal-hazırda Respublika Elmi Tibb Kitabxanasında kitabsaxlayici şöbəsinin müdiri və həmkarlar komitəsinin sədridir. Əlili Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin (PTİYİB) sədridir. 2020-ci ildə PTİYİB tərəfindən hazırlanmış "Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə onlayn maarifləndirici tədbirlərin təşkili" layihəsinin rəhbəri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə PTİYİB tərəfindən hazırlanmış, 2020–2021-ci illəri əhatə edən "Təhsildən peşəyə" layihəsinin rəhbəri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihələrdə iştirakıː
2020-ci ildə "Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə maarifləndirici onlayn tədbirlərin təşkili" — Layihə rəhbəri.
2021-ci ildə Ümumtəhsil məktəblərində "Gələcəyin peşələri" mövzusunda peşəyönümü tədbirlərinin təşkili — Layihə rəhbəri.
Noktalar çoğu zaman karar veremeyeceğin düşüncelerin çizgisidir.Bir, iki, üç... Ve düşüncelerine yazarsın, hatıralarına yazarsın bu noktaları. Noktalardan çizilmiş siyah, beyaz bir tablo canlanır gözlerinin önünde. Yıllarca yığdığın bu kararsızlığı sözle ifade edemezsin. Belki ifade edecek sözü bulmak zordur senin için, belki bulamıyorsun, belki de biliyorsun da yazmak istemiyorsun. Ve bu noktalar sana piyanonun siyah beyaz tuşlarını hatırlatır. Dokunsan ninni dolu bir hazin nağmeye dönüşecek... İntizar dolu hazin bir nağme...