İradə Qədirova

Eşqin İzi İlə author
Author
0.0/10
0 People
15
Reads
3
Likes
257
Views

İradə Qədirova Quotes

You can find İradə Qədirova quotes, İradə Qədirova book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bir işin içində işıq varsa, o çox rahat və maneəsiz baş tutacaq. İlkin maneələr artıq siqnal, digərləri isə işarədir. Lakin çox zaman o qədər hikkəli və gözübağlı oluruq ki, bizə ötürülən mesajı başa düşməkdə çətinlik çəkirik. Hər dəfə eyni dərsi alsaq da, təəsüf ki, bir çox istəklərimiz önündə dirənişimiz bizi yalnız və yalnız geri salır. Güvənmək lazımdır - bizim üçün bizim iştirakımız olmadan hər şeyin ən gözəlini və ən gözlənilməzini ərsəyə gətirənə...
Sayfa 15 - Mimta yayınlarıKitabı okudu
Burada əsas məsələ sizi incidən insanların bağışlanmasını diləməkdən ibadətdir. Allah qayıdıb deyər ki, bu bəndəm onu incidən insanın bağışlanmasını bu qədər diləyirsə, bəs Mən niyə onun günahlarını bağışlamayım? Məgər ruhun sevinci də o bağışlanmanı istədiyimiz anda gəlməyə başlamırmı?
Sayfa 246Kitabı okudu
Reklam
Həyatda ən çətin şey də məhz özünlə, ələlxüsus acı xatirələrinlə bağlı olan yerlərə üzləşməkdir. Buna doğru bir addım belə atmaq bəzən çox böyük güc və cəsarət tələb edir. Lakin bacardınsa, demək, çox şeyi bağışlamış, yaralarını sarımış və daxilində yeni bir pilləyə qalxmısan.
Sayfa 33 - Mimta yayımlarıKitabı okudu
Yalnız macəraçılar yol tapmadıqda gərginləşməz, əksinə, yeni adrenalin qazanıb özünü səfərbər edər və sonunda yüksək enerji ilə mənzilə çatarlar.
Sayfa 36 - Mimta yayımlarıKitabı okudu
Bəli, Allah bizi bizdən yaxşı tanıyır və hansı zaman nəyin daha gərəkli olduğunu daha gözəl bilir. Kaş ki, işlərimiz tərs getdiyi vaxt bu həqiqəti ta başdan bilə bilsək. Çünki elə daxili huzur bu həqiqətdir!
Sayfa 153Kitabı okudu
Şəhər dediyin səni tarixi keçmişə aparmalı, təsəvvürünü genişləndirməli, səni əsrlər üzrə səyahət etdirməli və yenidən özünə qaytarmalıdır
Reklam
55 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.