İradə Qədirova

Eşqin İzi İlə author
Author
0.0/10
0 People
15
Reads
3
Likes
260
Views

İradə Qədirova Posts

You can find İradə Qədirova books, İradə Qədirova quotes and quotes, İradə Qədirova authors, İradə Qədirova reviews and reviews on 1000Kitap.
…Elə biz insanlar da həyatımızda bir faciə və ya xoşagəlməz bir hadisə baş verdikdə ya dərhal üsyan edirik, ya da dərin depressiyaya düşürük. Getdikcə baş verən acının həyatımızı bizim xeyrimizə dəyişdirdiyini gördükcə və hadisələri bir-bir təhlil etdikdə bütün olanlarda bir İlahi “redaktə” nin mövcudluğunu hiss edirik. Bununla həyatında bir neçə dəfə üzləşən insan növbəti dəfə artıq üsyan etməyib hər şeyi olduğu kimi qarşılayaraq yalnız irəli getməyi öyrənəcək. Onda ürək də, ruh da, cisim də rahatlıq tapır.
Sayfa 153Kitabı okudu
…Şəms Təbrizinin məşhur bir deyimini xatırlayırdım: ”Həyatın dağılar, altı üstünə gələr deyə qorxma. Haradan bilirsən, bəlkə də, altı üstündən daha yaxşıdır”.
Sayfa 153Kitabı okudu
Reklam
Söküb-dağıtmaq asan, üzərində tikib qurmaq çətindir.
Sayfa 216Kitabı okudu
192 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 25 days
Bu ilin ilk oxuduğum kitabı İradə xanımın ilk kitabı Əfşan oldu
Əfşan
Əfşan
İradə Qədirova
İradə Qədirova
Kitab bir səyyahın gündəliyi kimidir. Tarix kitablarında İrandan söz açılanda Təbriz, İsfahan , Tehran, Qum kimi şəhərlər həmişə mənə maraqlı gəlirdi. Kitabı oxuduqca mən də sanki İradə xanımla oraları gəzir eyni duyğuları bölüşürdüm. Kitab çox axıcı davam edirdi. Bitirdiyimə təsüflənirəm. Ehtimal ki yenidən oxuyacam. Öz səyahətini bu qədər gözəl sözlərə cümlələrə tökmək böyük ustalıq gərəkdirir. Məncə bu yazarda alınıb. Gözümün önündə o Gülab festivalı canlandı, güllərin qoxusu burnuma gəldi. Kitab haqda müxtəsər danışacam. Deməklə deyil gərək özünüz oxuyasız. Mən çox sevərək oxudum sizə də xoş mütaliələr
Əfşan
Əfşanİradə Qədirova · Qanun Nəşriyyatı · 20227 okunma
Yalnız macəraçılar yol tapmadıqda gərginləşməz, əksinə, yeni adrenalin qazanıb özünü səfərbər edər və sonunda yüksək enerji ilə mənzilə çatarlar.
Sayfa 36 - Mimta yayımlarıKitabı okudu
Həyatda ən çətin şey də məhz özünlə, ələlxüsus acı xatirələrinlə bağlı olan yerlərə üzləşməkdir. Buna doğru bir addım belə atmaq bəzən çox böyük güc və cəsarət tələb edir. Lakin bacardınsa, demək, çox şeyi bağışlamış, yaralarını sarımış və daxilində yeni bir pilləyə qalxmısan.
Sayfa 33 - Mimta yayımlarıKitabı okudu
Reklam
58 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.