Əlfi Qasımov

Adilənin Taleyi yazarı
Yazar
7.5/10
0 Kişi
7
Okunma
1
Beğeni
92
Görüntülenme

Hakkında

Əlfi Qasımov 1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. O, Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdir. Əlfi Qasımov 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş və 1951-ci ildə həmin universitetdə təhsilini başa vurmuşdur. Əlfi Qasımov ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda Müəllimlər İnstitutunda oxuyarkən başlamış və onun "Xalq arzusu" adlı ilk şeiri Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc edilmişdir. Publisistin şeirləri universitetdə oxuduğu illərdə də respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilmişdir. Əlfi Qasımovun "Əriməzin ətəklərində" adlı ilk oçerklər kitabı 1954-cü ildə nəşr olunmuşdur. Sonra isə çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin tərcümələri və tərtib etdiyi digər kitabları çap olunmuşdur. Əsərləri rus, qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.
Ünvan:
Yazar, Publisist, Tərcüməçi
Doğum:
Poladlı, Ağdamlı, Azərbaycan, 5 Ocak 1927
Ölüm:
Bakı, Azərbaycan, 12 Mart 1985

Okurlar

1 okur beğendi.
7 okur okudu.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Uzun illər cənnət-cəhənnəm əfsanəsi ilə, qıl körpü, qır qazanı xofu ilə qorxuzublar insanları. Ay nə bilim ayağını əyri qoyma, çiynindəki məlakələr yazırlar, o dünyada səndən hesab istəyəcəklər... Deməli, bir adama iki məlakə? Bu qədər məlakəni heç tapmaq olar? Bu qədər ştatı kimdi verən?
Edebiyat
Məktubunu aldım dünən. Yer fırlandı başıma, göy uçdu üstümə elə bil. İldırım çaxdı gözümdə, ocaq qaladılar üzümdə elə bil. Məktubunu aldım dünən. Buz kimi soyuq məktubunu. Küləklər əsdi canımda, damlalar dondu qanımda elə bil. Məktubunu aldım dünən. Yazırsan ki, qaytar məktublarımı, qaytar məhəbbətimi, görüşməmişik, sevişməmişik, yazışmamışıq elə bil. Yazırsan ki, təzə sevdaya düşübsən, yeni xülyaya düşübsən... Qaytarıram məktublarını. Yaşanmamış günlərin, açılmamış güllərin həsrətinə büküb qaytarıram. Ürəyimin sızlayan yaralarına, qəlbimin uğursuz arzularına büküb qaytarıram. Aramızdakı gözəgörünməz körpü uçdu, deyirəm, bizi bir-birimizə bağlayan tellər qırıldı, deyirəm. Nə kövrək imiş bu körpü, nə nazik imiş bu tellər?.. Məktublarını zərfə qoyub fikirləşirəm. Üstü uğursuz məhəbbət ünvanlı zərfə. Fikirləşirəm ki, bizi bir-birimizə bağlayan yalnız məktublardımı, görəsən? Məktubları sənə yollamaqla hər şey bitirmi, görəsən? Yaxşı, bəs gül ətirli barmaqlarının saçımda açdığı izləri necə qaytarım sənə? Saatlarla məni oxşayan min bir nağıllı baxışları necə qaytarım sənə? Öpüşən təmiz nəfəslərimizi, qayalarda əks-səda verən çılğın nidalı səslərimizi necə qaytarım sənə? Dodaqlarından uçub Qarqarın sahilindəki məcnun söyüdün salxımlarında ilişib qalan "sevirəm", "unutmaram" pıçıltılarını necə qaytarım sənə? Onlar ki məndə deyil, söyüdün salxımlarına, yarpaqlarına sığınıb qalıb. Yazırsan ki, sevgimizə şahid bir özümüzük; bir sən, bir də mən. Bəs bahar axşamlarında üstümüzə nur çiləyən, bizə gülümsəyə-gülümsəyə baxan ayı niyə demirsən, əzizim? Qoşa şəklimiz düşən çayı niyə demirsən, əzizim? Göyün sinəsinə çiçək-çiçək çitənən, bizə baxıb sayrışan ulduzları niyə demirsən, əzizim? ...Məktubunu aldım dünən. Məktublarını qaytarıram bu gün. Ancaq məktublarını...
Edebiyat
Reklam