Əliağa Vahid

Seçilmiş Əsərləri author
Author
8.5/10
4 People
60
Reads
42
Likes
5.4k
Views

Most Liked Əliağa Vahid Quotes

You can find Most Liked Əliağa Vahid quotes, most liked Əliağa Vahid book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
O qarə zülfün əlindən bəlalıdır könlüm, Batıb qəmə, elə bil ki, əzalıdır könlüm. Bu eşq aləminin bilmirəm nədir sirri, Əsiri-eşq olalı laübalıdır könlüm. Görəndə sevgilisin qönçə gül kimi qızarır, Ədəbli bir qıza bənzər, həyalıdır könlüm. Ölüncə çəkməz əlin nazənin nigarından, Rəqibə hərgiz inanmaz, vəfalıdır könlüm. Fələk o zülmü mənə etməyib, rəqib etdi, Yazılsa dərdü qəmim, macəralıdır könlüm. Şikəstə ney kimi yarından ayrılan gündən, Nəvayə həmdəm olub, san yaralıdır könlüm. Mənim də dərdimi, Vahid, deməzsən ol şuxə, Deyəndə qanə dönər, iddialıdır könlüm.
Sayfa 170
Ey gül, sənə könlümdə məhəbbət yenə vardır, Əvvəl var idi vəslinə həsrət, yenə vardır. Zülfündən idi sübhə kimi hər gecə söhbət, Hər yerdə, hər işrətdə o söhbət yenə vardır. Çox zalımı məhv etdi, dəyişdirdi təbiət, Səndə, mələyim, vəhşi təbiət yenə vardır. Zülfün, nə qəm, eylərsə könül mülkünü yəğma, Fəth etsə qoşun hər yeri, qarət yenə vardır. Min fitnə yatıb naz ilə ahu baxışında, O məsti-xətadidədə adət yenə vardır? Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm, Hazırda bizim əsrdə cənnət yenə vardır. Vahid, bu qəzəldə sənə Möcüz verib ilham, Sənətkar özü yoxsa da, sənət yenə vardır.
Sayfa 291
Reklam
Bəs nə deyim?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül, Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim? Gözlərin həsrətini çəkməyən aşiq yoxdur, Sənə mən afəti-dünya deməyim, bəs nə deyim? Bu şirinlik, bu lətafət ki sənin var, gözəlim, Sənə güldən də mən əla deməyim, bəs nə deyim? Eşqdən bir bu qədər söyləmək olmaz, Vahid, Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
Sayfa 25 - Parlaq imzalarKitabı okudu
Oldun?..
Məni atdın, gözəlim, özgələrə yar oldun, Neyləmişdim, mənə yar olmadın əğyar oldun? Bivəfa olmayasan, sən mənə söz vermiş idin, Niyə biganəyə axırda vəfadar oldun? Mən ki hər möhnətə qatlaşmışam eşqində sənin, Nə səbəbdən mənə sən bir gül ikən xar oldun? Hanı ol əhdə vəfa eylədiyin günlərimiz, Niyə əğyar kəməndinə giriftar oldun? Min cəfa eyləyəsən, mən yenə eşqimdə varam, Mənə, hərçənd, əzəldən də cəfakar oldun. Heyf, o zəhmətlərə, mən çəkmişəm eşqində sənin, Fikr edirdim mənə sən, bəlkə də, qəmxar oldun. Özün axırda peşiman olacaqsan, bilirəm, Mənə rehmin dəyişib, bəlkə, tərəfdar oldun. Vahidəm, min bu qədər cövr edəsən, mən dözərəm, Məstsən, get hələ sən, bəlkə də hüşyar oldun...
Sayfa 26 - Parlaq imzalarKitabı okudu
Hər xoş görünən kimsəyə aldanma, heyifsən, Hər xoş görünən kimsədə vicdan ola bilməz.
Sayfa 96
Sən bir mələk olsan da inanmaz sənə könlüm, Şəxsən özünü huri, hərizad eləsən də.
Reklam
314 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.