Əliağa Vahid

Əliağa VahidSeçilmiş Əsərləri author
Author
8.5/10
4 People
59
Reads
42
Likes
5.1k
Views

Əliağa Vahid Posts

You can find Əliağa Vahid books, Əliağa Vahid quotes and quotes, Əliağa Vahid authors, Əliağa Vahid reviews and reviews on 1000Kitap.
Göstər, ey gül üzünü, bülbüli-şeyda gülsün, Gözlərin şövqi ilə nərgizi-şəhla gülsün. Çıx çəmən seyrinə bu hüsn ilə, bu qamət ilə, Gül sevinsin, gözəlim, sərvi-dilara gülsün...
Əliağa Vahid
Əliağa Vahid
Gül incədirsə, sən, gözəlim güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözdən kənarə getmə, bu dərd öldürər məni, Bilməm, nə növ səbr edə billəm gəlincə sən? Qəm guşəsində əyri qaşın qiblədir mənə, Ey eşq tanrısı, məni əydirmə küncə sən. Vahid, uzatma məsələni, ömrdən gedir, Ol qarə zülfə dərdini bir yol deyincə sən.
Reklam
Qiyamət macərasından məni qorxutma, ey zahid, Qiyamətdir mənə ol qaməti-rənaya baxdıqda.
Düşəndə türreyi-dilbər xəyalə axşamlar Məhəbbət-əhli düşər min məlalə axşamlar
Əliağa Vahid
Əliağa Vahid
könlüm necə sənsiz,gözəlim,naləsiz olsun, bülbül dayanarmı gülünə həsrət olanda?
Gül incədirsə, sən, gözəlim güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözdən kənarə getmə, bu dərd öldürər məni, Bilməm, nə növ səbr edə billəm gəlincə sən? Qəm guşəsində əyri qaşın qiblədir mənə, Ey eşq tanrısı, məni əydirmə küncə sən. Vahid, uzatma məsələni, ömrdən gedir, Ol qarə zülfə dərdini bir yol deyincə sən.
Qəzəllər
Qəzəllər
Reklam
Qaçdı səhralərə Məcnun, demə Leylayə görə! Eşqə düşmüş o da bir başqa müəmmayə görə. Hərə bir dərd ilə aludədir, eylər nalə, Mən sənin hüsnünə, bülbül güli-rənayə görə. Bu təmənnadə idim, vəslinə, ey gül, yetərəm, Sındı məndən ürəyin tez, bu təmənnayə görə? Yusifin eşqi Züleyxanı şərəfdən saldı, O da zindana düçar oldu Züleyxayə görə. Başqa məhparələr eşqində gözümdən düşdü, Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə. Gül üçün bülbüli-şeyda keçir öz canından, Gül nəyindən keçəcək bülbüli-şeydayə görə? Ömrümüz indi ki, Vahid, belə sürətlə keçir, Mümkün olduqca bu gün gör işi fərdayə görə.
Əliağa Vahid
Əliağa Vahid
Bilməm, bu nazənin kimin istəkli yarıdır? Ya hansı bəxtiyarların bəxtiyarıdır! Açdıqca gül cəmalını, ellər fərəhlənir, Guya, gözəllik aləminin novbaharıdır. Dünya buna zənin mələkin həsrətin çəkir, Xəlqin sevimli afəti, həm şəhriyarıdır. Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik, Çünki diyarımız bizim odlar diyarıdır. Bir vaxt səcdəgah idi atəşpərəstlərə, Şəhri-Səbaki, mərkəzi dərya kənarıdır. Qan etmə, saqi, bağrımızı, badə tez gətir, Doldur qədəhləri, gecəmiz keçdi, yarıdır. Hər kim deyirsə, sevmə bu rəna gözəlləri, Bilmir ki, sevgi aləmi biixtiyarıdır. Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər: - Biçarə Vahidin bu qəzəl yadigarıdır.
Əliağa Vahid
Əliağa Vahid
Mübtəlası olasan bir gülər üzlü gözəlin, Hər səhər küsdürəsən, könlünü axşam alasan.
Əliağa Vahid
Əliağa Vahid
433 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.