Əliağa Vahid

Seçilmiş Əsərləri author
Author
8.5/10
4 People
60
Reads
42
Likes
5.4k
Views

Newest Əliağa Vahid Quotes

You can find Newest Əliağa Vahid quotes, newest Əliağa Vahid book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bir başqa nigar eşqinə düşməzdim əzəldən, Hərgah, gözəlim, nazlı nigarım sən olaydın. Gülzarı gəzib, nərgizə baxmazdım ölüncə, Ömrüm boyu gər çeşmi-xumarım sən olaydın.
Sayfa 27
Məndən əvvəl yoxdu bir aşiq diyari-eşqdə, Eşq dərsin mən gedib Məcnunə elan etmişəm. Vahidəm, mən leylivəşlər zülfünün Məcnuniyəm, Çox zamanlar vadiyi-eşq içrə cövlan etmişəm.
Sayfa 24
Reklam
Gül incədirsə, sən, gözəlim güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözdən kənarə getmə, bu dərd öldürər məni, Bilməm, nə növ səbr edə billəm gəlincə sən? Qəm guşəsində əyri qaşın qiblədir mənə, Ey eşq tanrısı, məni əydirmə küncə sən. Vahid, uzatma məsələni, ömrdən gedir, Ol qarə zülfə dərdini bir yol deyincə sən.
Qiyamət macərasından məni qorxutma, ey zahid, Qiyamətdir mənə ol qaməti-rənaya baxdıqda.
könlüm necə sənsiz,gözəlim,naləsiz olsun, bülbül dayanarmı gülünə həsrət olanda?
Məni bimar eləyən gözlərinin həsrətidir, Ləblərin xəstə olan könlümə dərmandı sənin.
Reklam
315 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.