Əliağa Vahid

Seçilmiş Əsərləri yazarı
Yazar
8.5/10
4 Kişi
60
Okunma
42
Beğeni
5,4bin
Görüntülenme

Əliağa Vahid Sözleri ve Alıntıları

Əliağa Vahid sözleri ve alıntılarını, Əliağa Vahid kitap alıntılarını, Əliağa Vahid en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəs nə deyim?
Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim? Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim? Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm, Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?
Gül əgər bülbülü incitsə, “vəfasız” deməyin Qızların taqsırı olmaz, günah oğlanda olur.
Sayfa 317
Reklam
Bu da qismətimdə olan "Gözəlim" çün
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim! O qara gözlərinin can fədasıyam, gözəlim! Mənim bu naləmin hər bir könüldə var əsəri, Şikəstə ney kimi ruhun qəzasıyam, gözəlim! Kəməndi-zülfüvə məntək əsir olan çoxdur, Hamıdan acizi, bəxti qərasıyam, gözəlim! Bəlalı aşiqinəm, baxma qeyrilər sözünə, Məhəbbət aləminin binəvasiyam, gözəlim! Elə nə zülm varındır, əgər dilim yansın Desəm, cəfalarının narizasıyam, gözəlim! Yolunda müntəzirəm, can verim görəndə üzün, Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim! Əgərçi, Vahidəm, əğyarə baş əyən deyiləm, Fəqət sənin səri-kuyin gədasıyam, gözəlim!
Sayfa 228 - Parlaq imzalarKitabı okudu
Dolansın...
Zülfündə nə lazım, gözəlim, şanə dolansın? Qoyma o hərəmxanəni biganə dolansın! Eyb eyləmə, kuyində dolansam gecə-gündüz, Şəmin gərək ətrafına pərvanə dolansın. Saqi! Dolanım başına, mey camini gəzdir, Sərməst olayım, başıma meyxanə dolansın. Ol zülfə könül vermə, deyirlər mənə, əmma Onsuz necə bəs bu dili-divanə dolansın? Məcnun nə bərabər mənə, səhralərə qaçdı, Eşq əhli odur, ərsədə mərdanə dolansın! Əğyar ilə öz yarını həmdəm görən aşiq Düşsün gərək o dəşti-biyabanǝ, dolansın. Sərxoşluq ilə ömrünü sərf eyləmə, Vahid! Arif ona derlər ki, ədibanə dolansın.
Sayfa 251 - Parlaq imzalarKitabı okudu
Bir sən kimi vəfasız olan yarə neyləyim, Canan ki verdi könlünü əğyarə, neyləyim?! Bülbül təki yolunda sənin mübtəla mənəm, Bir gül ki həmdəm ola xarə, neyləyim?! Eşqində daima bu bəlalər çəkən könül İndisə tapmayır özünə çarə, neyləyim?! Eşq atəşinə yanmışam, imdadə gəlmədin, Pərvanə vurmasın özünü narə, neyləyim?! Məcnun edən məni yarın cəmalıdır, Eşq aləmində oldu günüm qarə, neyləyim?! Vahid, məhəbbətin bu qədər ki, bəlası var, Yoxdur deyən dərdimi dildarə, neyləyim?!
Sayfa 159
Mən bilməmişdim, istədiyim qeyrə yar imiş, Əvvəl vəfalı, axırı bietibar imiş! Canan yolunda nalə ilə keçdi günlərim, Eşq əhlinin nəsibi bütün ahü zar imiş! Zülfünmü könlümü, gözəlim, tarimar edən, Ya ki könül əzəldən elə tarimar imiş! Ahu baxışlı gözlərinin mübtəlasiyəm, Könlüm kəməndi-zülf ilə çoxdan şikar imiş! Oldum əsiri bir gözəlin, indi bilmişəm, Məcnun nə vəchdən vətənindən kənar imiş! Fərhadə tənə eyləyəni səngisar edin, Bax Bisütuna, eşqə o da yadigar imiş! Vahid, olur ki, sevgi fəlakət də törədir, Zənnimcə, eşqə mail olan bəxtiyar imiş!
Sayfa 302
Reklam
315 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.