Əliağa Vahid

Seçilmiş Əsərləri author
Author
8.5/10
4 People
60
Reads
42
Likes
5.4k
Views

Most Liked Əliağa Vahid Posts

You can find Most Liked Əliağa Vahid books, most liked Əliağa Vahid quotes and quotes, most liked Əliağa Vahid authors, most liked Əliağa Vahid reviews and reviews on 1000Kitap.
Bir sən kimi vəfasız olan yarə neyləyim, Canan ki verdi könlünü əğyarə, neyləyim?! Bülbül təki yolunda sənin mübtəla mənəm, Bir gül ki həmdəm ola xarə, neyləyim?! Eşqində daima bu bəlalər çəkən könül İndisə tapmayır özünə çarə, neyləyim?! Eşq atəşinə yanmışam, imdadə gəlmədin, Pərvanə vurmasın özünü narə, neyləyim?! Məcnun edən məni yarın cəmalıdır, Eşq aləmində oldu günüm qarə, neyləyim?! Vahid, məhəbbətin bu qədər ki, bəlası var, Yoxdur deyən dərdimi dildarə, neyləyim?!
Sayfa 159
Göstər, ey gül üzünü, bülbüli-şeyda gülsün, Gözlərin şövqi ilə nərgizi-şəhla gülsün. Çıx çəmən seyrinə bu hüsn ilə, bu qamət ilə, Gül sevinsin, gözəlim, sərvi-dilara gülsün...
Əliağa Vahid
Əliağa Vahid
Reklam
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm, Səni vəfalı bilib, canfədalıq eyləmişəm. Rəqibə həmdəm olub, salmısan məni gözdən, Haçankı gün sənə mən bivəfalıq eylemişəm? Səninlə yar olalı bir zaman üzüm gülməz Ki, bilmirəm sənə nə biədalıq eyləmişəm? Cəfanı tərk elə, məhparələr cəfa eləməz, Nə müddət idi qapında gədalıq eyləmişəm. Günüm qaraldı səri-zülfünün xəyalından, Təəccübəm, sənə nə üzqəralıq eyləmişəm? Kəsib ümidimi, Vahid, mən öz nigarımdan, Səfalı eyşimi axır fənalıq eyləmişəm.
Sayfa 141
💫
Rəsul Rza
Rəsul Rza
Bağda yüz gül açsın, yüz nadir çiçək, Bülbülün həsrəti qızılgüldədir. 💫
Şah İsmail Hata'i
Şah İsmail Hata'i
Gül görməsə, səbr edərmi bülbül? 💫
Alibala Hacızade
Alibala Hacızade
Tək sənin adını yazmışam gülüm Qəlbimə min gözəl adın içində.
Canan, nə etmişəm, belə biganəyəm sənə? Məcnun olan da mən evi viranəyəm sənə! Yüzlərlə nazlı yar ola, könlüm səninlədir, Olsan nə yerdə, mən yenə həmxanəyəm sənə. Canan da böylə cövr edər öz mübtəlasına? Sən zülmkarsan, demə, cananəyəm sənə. Şövqi-ləbinlə eyləyəli badə tərkini, Səməst gözlərin kimi məstanəyəm sənə. Ancaq kəməndi-eşqə giriftar olan bilir, Zülfün qəmində mən necə divanəyəm sənə! Göstərmə gül camalını, yandırma könlümü, Qoy bilməsinlər, eşqdə pərvanəyəm sənə. Eşq aləmində mən də sədaqətli Vahidəm, Hər bir işimdə doğru və mərdanəyəm sənə.
Əliağa Vahid
Əliağa Vahid
Məni bimar eləyən gözlərinin həsrətidir, Ləblərin xəstə olan könlümə dərmandı sənin.
Reklam
383 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.