Əliağa Vahid

Seçilmiş Əsərləri author
Author
8.5/10
4 People
60
Reads
42
Likes
5.4k
Views

Featured Əliağa Vahid Posts

You can find Featured Əliağa Vahid books, featured Əliağa Vahid quotes and quotes, featured Əliağa Vahid authors, featured Əliağa Vahid reviews and reviews on 1000Kitap.
💫
Rəsul Rza
Rəsul Rza
Bağda yüz gül açsın, yüz nadir çiçək, Bülbülün həsrəti qızılgüldədir. 💫
Şah İsmail Hata'i
Şah İsmail Hata'i
Gül görməsə, səbr edərmi bülbül? 💫
Alibala Hacızade
Alibala Hacızade
Tək sənin adını yazmışam gülüm Qəlbimə min gözəl adın içində.
Sən bir mələk olsan da inanmaz sənə könlüm, Şəxsən özünü huri, hərizad eləsən də.
Reklam
Sən bir gülüsən, sevgilim, ən tazə baharın, Bir bülbülüyəm mən də bu qiymətli diyarın. Bir böylə gözəllik ki təbiət sənə vermiş, Olmaz, gözəlim, qisməti hər nazlı nigarın.
Sayfa 167 - Parlaq imzalarKitabı okudu
Oldun?..
Məni atdın, gözəlim, özgələrə yar oldun, Neyləmişdim, mənə yar olmadın əğyar oldun? Bivəfa olmayasan, sən mənə söz vermiş idin, Niyə biganəyə axırda vəfadar oldun? Mən ki hər möhnətə qatlaşmışam eşqində sənin, Nə səbəbdən mənə sən bir gül ikən xar oldun? Hanı ol əhdə vəfa eylədiyin günlərimiz, Niyə əğyar kəməndinə giriftar oldun? Min cəfa eyləyəsən, mən yenə eşqimdə varam, Mənə, hərçənd, əzəldən də cəfakar oldun. Heyf, o zəhmətlərə, mən çəkmişəm eşqində sənin, Fikr edirdim mənə sən, bəlkə də, qəmxar oldun. Özün axırda peşiman olacaqsan, bilirəm, Mənə rehmin dəyişib, bəlkə, tərəfdar oldun. Vahidəm, min bu qədər cövr edəsən, mən dözərəm, Məstsən, get hələ sən, bəlkə də hüşyar oldun...
Sayfa 26 - Parlaq imzalarKitabı okudu
Ola bilməz!
Xilqətdə sənintək, gözəlim, can ola bilməz, Əxlaqı gözəl, sevgili canan ola bilməz! Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda, Bir gül hələ də sən kimi xəndan ola bilməz! Minlərcə gözəllər yetirir gündə təbiət, Amma sənə bənzər gözəl insan ola bilməz! Yüzlərcə əgər hüsnünə adam ola heyran, Bir kimsə mənimtək sənə heyran ola bilməz! Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən, Rəftarinə, əxlaqinə nöqsan ola bilməz! Hürriyyətə, insanlığa layiq səni gördüm, Hər kəs səni sevmişsə, peşiman ola bilməz! Öz aşiqinin naz ilə qan eyləmə könlün, Hürriyyət olan yerdə könül qan ola bilməz! Har xoş görünən kimsəyə aldanma, heyifsən, Hər xoş görünən kimsədə vicdan ola bilməz! Bu hüsnlə çoxlar səni istər sevə, ey gül, Vahid kimi eşqində qəzəlxan ola bilməz!
Sayfa 213 - Parlaq imzalarKitabı okudu
Bəs nə deyim?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül, Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim? Gözlərin həsrətini çəkməyən aşiq yoxdur, Sənə mən afəti-dünya deməyim, bəs nə deyim? Bu şirinlik, bu lətafət ki sənin var, gözəlim, Sənə güldən də mən əla deməyim, bəs nə deyim? Eşqdən bir bu qədər söyləmək olmaz, Vahid, Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
Sayfa 25 - Parlaq imzalarKitabı okudu
Reklam
383 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.