Lion Feuchtwanger

Lautenzak Qardaşları yazarı
Yazar
4.8/10
5 Kişi
21
Okunma
3
Beğeni
551
Görüntülenme

Lion Feuchtwanger Sözleri ve Alıntıları

Lion Feuchtwanger sözleri ve alıntılarını, Lion Feuchtwanger kitap alıntılarını, Lion Feuchtwanger en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Tənhalıq ən böyük nemətdir!
Sayfa 44 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Jirarden
Napoleon Ermenonvildə olduğu vaxt Fernand de Jirardenə belə demişdi: «Jan-Jak heç mövcud olmasaydı, bəşəriyyət , bəlkə də, daha yaxşı olardı». Fernand «Onda, əlahəzrət, inqilab baş verməzdi, onda siz fransızların imperatoru olmazdınız». Napoleon «Bəlkə, elə mən də mövcud olmasaydım, daha yaxşı olardı».
Sayfa 392 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Reklam
Jan-Jak Russo
«İnsan anadan azad doğulur, lakin onu zəncirləyirlər!»
Sayfa 146 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Həqiqəti bilmək istəmirlər, ölkədə heç bir kəsin həqiqətlə işi yoxdur, hamı əlbir olub həqiqəti torpağa gömməyə çalışır.
Sayfa 218 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Jan-Jak öldü. :(
«Ey bəşər nəslinin dostu, zülmkarlar sənə qarşı qəzəb və nifrət təlqin edərək insanları kor etmişlər, onlar insanlara təlqin etmişlər ki, sən ağılsızsan və iblissən. Ancaq biz gənclər idrakın daşlı-kəsəkli yolu ilə sənin ardınca getmək əzmindəyik, biz isə - minlərləyik. Mən sənə and içirəm ki, biz korları gözlərini açmağa, səni sevməyə və sənin əkdiyin səadət meyvələrinj dərməyə məcbur edəcəyik». Maksimilian Robespyer
Sayfa 180 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Fransız xalq hikməti
Faydalı yalan faydasız həqiqətdən yaxşıdır.
Sayfa 148 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Reklam
Utancaq və sözə qulaq asan, ağıllı və həlim rəftara bir oğlan uşağını təsəvvürünüzə gətirin. Bu uşağa qəfildən bir haqsızlıq edirlər. Həm də bunu dünyada onun ən çox sevdiyi və hörmət etdiyi adamlar edirlər. Bütün məfhumlar necə də fəlakətə uğrayır, ruhda necə bir dönüş, fikir və düşüncədə necə bir çevriliş baş verir! Cismani ağrı nə qədər bərk olsa da, mənə o qədər də əzab vermirdi; məni hiddət və qəzəb, ümidsizlik boğurdu. ... Zorakılıq və haqsızlıqda mənim bu ilk toqquşmam, qəlbimdə elə dərin iz buraxmışdı ki, kimə aid olmasının fərqinə varmadan haqsızlıq gördükdə və ya haqsızlıq haqqında eşitdikdə hər dəfə məndə bu hal yenidən baş qaldırır, bu hal elə baş qaldırır ki, sanki, bunun qurbanı mən özüməm. Həmin gün mənim qayğısız uşaqlıq çağım sona yetmişdi.
Sayfa 101 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Mədəniyyət bütün aləmi pozğunlaşdırmışdır; kim ki əzab verici fanilik duyğusundan azad olmaq istəyir, gərək sadəliyə, təbiətə qayıtsın.
Sayfa 21 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Hər bir iş, hər bir hərəkət bir vahid halında birləşmiş çoxlu səbəbin təsiri ilə yaranır, hər bir hərəkətin əsasını da ayrılmaz sürətdə çarpaşıq düşmüş nəcib və alçaq təhrikedici hallar təşkil edir, habelə elə bir həqiqət də yoxdur ki, bir çox həqiqətdən ibarət olmasın.
Sayfa 116 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
Həssas qəlb nəsib olmuş adam təbiətin əlində bir oyuncağa çevrilir, günəş və ya duman onun varlığını müəyyən edir, onun xoşbəxt və ya bədbəxt olduğunu küləyin istiqaməti həll edir.
Sayfa 61 - “Şərq-Qərb” nəşriyyatı, Qəribə Adamın Müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyiKitabı okudu
33 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.