Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əliqulu Qəmküsar

Əliqulu QəmküsarSeçilmiş Əsərləri yazarı
Yazar
0.0/10
0 Kişi
2
Okunma
0
Beğeni
165
Görüntülenme

En Eski Əliqulu Qəmküsar Sözleri ve Alıntıları

En Eski Əliqulu Qəmküsar sözleri ve alıntılarını, en eski Əliqulu Qəmküsar kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Nəzirə
Danosbazlıqdan xalqı tovluyub hər şəklə düşməkdə, Təqəllübdə, qərəzdə heyrətə şayan olan könlüm. Orucluqda, məhərrəmdə satan xəz xirqə düşmənə, O aylardan sora hərrac edib üryan olan könlüm.
Sayfa 19 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Səy eyləyib başına topla mürid, Mədrəsəni, məktəbi et napədid, Qoyma açılsın bir üsuli-cədid, Görmə rəva elmi müsəlmanə sən.
Sayfa 20 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Reklam
Millətinin halı pərişan ola, Hər bir işi nifrətə şayan ola, Cahil ola, vəhşi və nadan ola, Qəm yemə, səbr et, bu da, yahu, keçər.
Sayfa 22 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Getsən qaçacaqlar, Tutsan danacaqlar, Müşkül dəxi onlar Bir cəm olacaqlar. Məscid də yarımçıq, Məktəb də yarımçıq Axır qalacaqlar.
Sayfa 25 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
İranlılar
Əncümənlər hər tərəfdə özgə bir şəkl aldılar, Dövreyi-mənhusi-İstibdadı yada saldılar, Vadiyi-cəhlü cəhalətdə hərasan qaldılar, Əhdü peymanı, hüququ dandılar iranlılar.
Sayfa 28 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
İranlılar
Heç rəvadırmı əkinçi, ciftçi yeksər kam ala? Nazi-pərvər şahzadə küçələrdə ac qala, Müslümü gəbrü nəsarayə bərabər ədl ola, Mərhaba olsun ki, qədrdandılar iranlılar.
Sayfa 29 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Reklam
İranlılar
Altı min illik hökumət millətə əyməz boyun, Heç görübsənmi, çobansız otlaya bilsin qoyun? Düşdü meydanə beş-on dinsiz çıxartdı min oyun, Ol oyundan, iştə, bağrı qandılar iranlılar.
Sayfa 29 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Aləmi-islamə vurub min ləkə, Sünniyə yanmaz ürəyi bir tikə, Türk adı yanındaca hər kəs çəkə, Güllə vurur, eylə bil, iranlıya.
Sayfa 36 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Keflən gecə-gündüz, Xərc et pulu yüz-yüz. Çaldır nağaranı, Düş ortalığa süz. Qoy aləmi heyran, Olsan da peşiman... Axırda deyərsən: Lənət sənə, şeytan!
Sayfa 43 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Belə bir qövm ki, daim səni təhqir eliyir, Nə deyirsənsə onu tərsinə təbir eliyir, Axtarır cüzi bəhanə səni təkfir eliyir, Belə bir vəhşi cəmaətlə bacarmaqmı olar? Çox danışsan tükünü küçədə, meydanda yolar.
Sayfa 46 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
28 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.