Əlisa Nicat

Qızılbaşlar yazarı
Yazar
Derleyen
7.9/10
8 Kişi
68
Okunma
8
Beğeni
2.382
Görüntülenme

Əlisa Nicat Yorumları ve İncelemeleri

Əlisa Nicat yorumları ve incelemelerini, Əlisa Nicat kitabı hakkındaki okur görüşlerini , Əlisa Nicat puanlarını 1000Kitap'ta bulabilirsiniz.
344 syf.
10/10 puan verdi
·
7 günde okudu
İlk cümlə kitabın mənasını özündə ehtiva edir. Şah İsmayılın ideyası bütöv Azərbaycandır. Taxtac uğrunda gedən mübarizələrə son qoymaq istəyir. Təbriz şəhəri hakimiyyətə gedən yolda son nöqtədir. Təbrizin Qızılbaşlar üçün önəmi kitabda dəfələrlə vurğulanır. Təbrizsiz Azərbaycan düşünülə bilməz. İsmayılla yeddi yaşından tanış oluruq. Atası Şeyx
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
344 syf.
8/10 puan verdi
·
13 günde okudu
Qızılbaşlar dövrünün (1959-1960-cı illər) ilk bu mövzuda yazılmış romanıdır, bu baxımdan yazıçının cəsarəti, bütov Azərbaycan ideyasını o dövrlərdə qorxmadan işləməsi qürurverici haldır. Romana bütövlükdə mükəmməldir deyə bilmərəm, kaş ki, oxuduqca daha təfsilatı ilə təsvir edilsəydi deyəcəyim hissələr var idi. Amma qızılbaşlığın Azərbaycan tarixində oynadığı rol, son damla qanlarına qədər qorxmadan mübarizə aparmaqları, dillərə dastan olan məğlubedilməzliklərinin Çaldıran döyüşü ilə yaratdığı xəyal qırıqlığı fikrimcə uğurla işlənib. Sonluğun Səfəvilər dövlətinin dayağı olan qızılbaşların qısa həyat yollarının təsviri ilə bitməsi bir film dadında idi, tək bir güclü əsgərin bir imperiya üçün nələrə qadir olmasının yoxluğu ilə də o cür çöküşə gətirib çıxaracağı axıcı bir üslubda işlənmişdir. Oxumağa dəyər.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
Reklam
344 syf.
7/10 puan verdi
Süjetin bitkin dramaturgiyaya malik olduğunu düşünmürəm. Bəzi obrazlar mənasız yerə artırılmış təəssüratı oyadır. Məsələn, hansısa döyüşçü haqqında ayrıca hissə verilir, sonra onun sevgi xəttinə toxunulur, vəssalam. Bir qədər sonra eyni hal başqa yeni obrazlarla təkrar olunur. Başqa səhnələrdə bu qəhrəmanların süjetə qaynayıb-qarışdığının şahidi olmuruq. Bu baxımdan konkret hadisələr arasında fantaziya kasadlığı hiss olunur. İsmayılın əsərin ilk fəsillərində hər dəqiqə başı bu qədər yatmaq səhnələrinə (?!) yer ayırmaq nəyə lazım idi, anlamadım. Lakin mövzu etibarilə olduqca əhəmiyyətli əsərdir. Yazıçı ilə ilk tanışlığım idi. Əlisa Nicatın Səfəvilər tarixinə Fərman Kərimzadə və Əzizə Cəfərzadən daha əvvəl müraciət etdiyini biləndə çox təəccübləndim.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Səfəvilərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində xüsusi yer tutur. Bu xüsusi hissə ilə bağlı indiyə kimi çox danışılıb, çox kitab yazılıb. "Qızılbaşlar" da onlardan biridir. Əsər XV əsrin sonunda siyasi vəziyyəti izah etməklə başlayır. Sonra müəllif Şah İsmayılın dövlət başına keçənə kimi çəkdiyi əziyyətləri, onun yanında sədaqətlə xidmət edənlərin şücaətini təsvir edir. Çaldıran döyüşünün təsviri isə çox detallı verilib. Qeyd edim ki, kitab Səfəviləri, Şah İsmayılı, ailəsini, sevimli xanımı Taclı Sultanı(Şahbanu və səltənət naibəsi olan igid xanım), Div Sultanı və b.şəxsləri daha çox araşdırmağıma səbəb oldu. Kitab axıcıdır, sizi cəlb edir. Maraqlı təhkiyəsi var. Tarixi roman sevənlərə oxumağı tövsiyə edirəm.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
334 syf.
·
Puan vermedi
·
10 günde okudu
Azərbaycan ədəbiyyatında 19-cu əsr yetərincə araşdırıldığını düşünmədiyim dövrlərdən biridir, xüsusilə birinci yarısı. Ərəb-fars dillərinin qismən unikallığını qoruması və din göstərişləri özlərinə xoş gələcək tərzdə şərh edərək əhalini cəhalət altında saxlayan mollalar bir çox sahəni olduğu kimi ədəbiyyatı da inkişafdan saxlamışdır. O dövrün ən
Gəncəli Müdrik
Gəncəli MüdrikƏlisa Nicat · Pergament · 06 okunma
88 syf.
10/10 puan verdi
·
7 saatte okudu
Yerli-yerində TƏSBİT
- Fikirlərinizin ruhuma və beynimə xitab etdiyini an, “doğru yoldayam” dedim.
Əlisa Nicat
Əlisa Nicat
Franz Kafka
Franz Kafka
sevdiyim yazıçıların ilk sıralarındadır; o qədər özəl, o qədər dərin .. və bu kitab da sadecə Kafka’nın həyat, yaradıcılığı, qələmə aldığı əsərlərin geniş təhlilinin doğru istiqamətlərindən bəhs edir. Bir ‘Amerika’ əsəri xaric, adı çəkilən digər əsərlərini oxumuş olmağımın mənə verdiyi qüruru bütün ruhumla hiss etdim.. Oxuduqca ustad - Əlisa Nicatla söhbət edirmiş kimi hiss etdim; sevdiyim müəllif və əsərləri haqqında düşüncələri ilə tanış olub, Kafkalı bir ruh ‘səyahəti’nə çıxdım. Və kitab müəllifin müxtəlif zamanlarda qələmə aldığı esselərdəndən ibarətdir. Səhifə keyfiyyəti, qapağın bu estetik dizaynını da ayrıca sevdim, necə deyərlər tam da əziz naşir Yusif İlhamoğluna layiq bir kitab olub. Əhsən! Və son olaraq vurğulamalıyam ki, ustad deyir; “ hər kəs Kafka ola bilməz :) bəzi ədəbiyyat adamlarımızın yerinə, elə kaş Azərbaycandan da tək bir Kafka çıxardı. “ və bu fikri də təsdiqləyirəm. - Gözəl yaşayın, ustad ..
Kafka və mən
Kafka və mənƏlisa Nicat · Çapar Yayınları · 07 okunma
Reklam