"Mən adamlara etibar edə bilmərəm".
Bu cür bəyanat eşidəndə biz artıq intuitiv olaraq bilirik ki, başqa insanlara etibar edən insanlar mövcuddurlar. Bu olur: "insanlara etibar" insanın imkanları arasındadır. Bu, fiziki baxımdan mümkün olmayan şeylər kateqoriyasına aid deyildir. Biz bilirik ki, dünya insanların başqa insanlara etibar etməsi üçün yetərli dərəcədə zəngindir. Bu, mümkündürsə, onda konkret bir insana belə bir təcrübəni yaşamağa nə mane ola bilər? Yalnız onun xəritələmə üsulu. Onun xəritəsində bu təcrübə mümkündürmü? Yoxsa o öz xəritəsinə bunu qeyri-mümkün kimi qeyd etmişdir? Əgər belədirsə, biz ondan soruşa bilərik:
Elə isə mənə deyin, insanlara etibar etməyə sizə nə mane olur?
Əgər siz kiməsə etibar etsəydiniz, nə olardı?
Kiməsə etibar etməyiniz üçün sizə hansı resurslar lazım gələrdi?
Sayfa 135 - QANUN nəşriyyatı - 2018