Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mehmet Emin Resulzade

9.3/10
132 Kişi
475
Okunma
118
Beğeni
8,7bin
Görüntülenme

Mehmet Emin Resulzade Yorumları ve İncelemeleri

Mehmet Emin Resulzade yorumları ve incelemelerini, Mehmet Emin Resulzade kitabı hakkındaki okur görüşlerini , Mehmet Emin Resulzade puanlarını 1000Kitap'ta bulabilirsiniz.
70 syf.
10/10 puan verdi
“İnsan anıldıqca yaşayır deməkdir” Doğum günündə Məhəmməd Əmin Rəsulzadəni sevgi və sayğıyla anırıq. 1920-ci ildə Lahıcda işğalçı qüvvələrdən gizlənən zaman Firdovsinin “Şahnamə” poemasını oxuyurkən Siyavuş haqqında dastandan ilhamlanaraq “indi sənə əsrimizin Siyavuşunu yazacağam” fikri ilə bu kitabı qələmə alır. Bu əsərdə Azərbaycanın müstəqil
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019123 okunma
64 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Əsərdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, fəaliyyəti və süqutu Firdovsinin "Şahnamə"sindəki Siyavuşun əhvalatı vasitəsilə obrazlı şəkildə əks olunub. Əsər 1920-ci ilin iyul ayında Lahıcda yazılsa da, ilk dəfə Türkiyədə çap olunub. Maraqlı, fərqli üslubda bir əsər idi, bəyəndim.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 2021123 okunma
Reklam
114 syf.
·
Puan vermedi
·
3 günde okudu
Məhəmmədəmin Rəsulzadə : Bu kitabi yazmaqda məqsədimiz Avropa oxucusunu kiçik bir millətin insan haqları, müstəqillik uğrunda mübarizəsi ilə tanış etməkdir. Bu mübarizə müasir demokratik düşüncənin, Avropa mədəniyyətinə məxsus yüksək dəyərlərin an böyük düşməninə qarşıdır. Sizə işğal va imperialist "qırmızılara", yani rus bolşeviklərina qarşı mübariza aparmış Azərbaycan xalqının qəhramanlıq salnaməsindən bəhs edəcəyik. Lakin bu cəsarətli mübarizə haqqında hekayəyə başlamazdan avval sizə Azərbaycan, azərbaycanlılar, onlarin tarixi, iqtisadiyyatı, mədəni dəyərləri haqqında məlumat vermək istərdik.
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda
Azərbaycan Müstəqillik Üçün Mübarizə YolundaMehmet Emin Resulzade · Çapar Yayınları · 202031 okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan Xalq Cümhuriyyəti dedikdə bəlkə də ağla gələn ilk isim Azərbaycan istiqlal hərəkatının öndəri, daima istiqlal məfkurəsini yaşadan , davam etdirən və cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadənin ismidir. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul olan Rəsulzadənin qələmə aldığı "Azərbaycan
Azərbaycan Cümhuriyyəti
Azərbaycan CümhuriyyətiMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 202122 okunma
·
Puan vermedi
Rəsulzadə kimi şəxsiyyətə qarşı bu qədər etinadsız münasibəti yaraşdırmıram xalqıma. Bir ölkədə, o ölkənin təməllərini atmış şəxsiyyətin adına bir dənə də olsun məktəb olmazmı? Bəs bu gənclik niyə etinadsız yanaşır tarixi irsimizə. Məgər onu yad etmək bu qədərmi çətin işdir? Axı niyə, iqtidarın köləsi olursunuz? Elçibəy deyəndə müxalif damğası vurduğunuz kimi, Rəsulzadəyə qarşı kin aşılayırsınız. 100 il öncə vəfat etmiş Rəsulzadə kimi dahi şəxsiyyətə sevgi bəsləməyin nəyindədir qəbahət? Axı o olmasaydı, nə bu məmləkət olardı, nə bu diyar. Axı şəhidlərimizin tabutunun büründüyü o üç rəngli bayrağı belə Rəsulzadə öz əlləri ilə tikib. Heç o bayrağa xatirmi yad etməsiniz, ulu öndərimizi?
Stalinlə İxtilal Xatirələri
Stalinlə İxtilal XatirələriMehmet Emin Resulzade · Mücrü nəşriyyatı · 202298 okunma
70 syf.
10/10 puan verdi
Ölkəmizin qurucusu Ulu Öndər Rəsulzadənin kitabını oxumağa özümə borc bilirdim. Yazdıqları, müqayisəsi, dönə-dönə Azərbaycan xalqının Türk olmasını, ancaq İran təsiri altında qalaraq fars kimi davranmalarını qınayır. Hazırda Azərbaycanda ölkənin bir qismi dinə görə ərəb fanatı, digər bir qismi isə onu müstəmləkə edən cəlladı rus fanatıdır. 1920-ci ildə yazılan bu əsər, 2023də nə qədər irəliləyib? Kaş kaş kaş sözlərini içimdən deyərək oxudum, kaş ki 1920-də Sovet qurulmasa, Rəsulzadə yaşasa xalqın beynində çevrilişi sona qədər edə bilsə. Gələcək üçün əndişə duyuram, Rəsulzadənin yazdıqlarından nə qədərini bacara bilmişik? Qadına seçmə və seçilmə haqqını verən 1918-1920 Azərbaycanından daha yaxşı haldayıq? Maarif, rifah olaraq irəliləmişik ya yox?
Asrımızın Siyavuşu
Asrımızın SiyavuşuMehmet Emin Resulzade · Azerbbaycan Kültür Derneği Yayınları · 1989123 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Haqq verilməz, alınır !
Çox geniş düşüncələr yazılmalı olan kitab. Lakin bəzi düşüncələrin düşüncə olaraq qalması daha məqbuldur. İnsanların müxtəlif səhifələri anlaması üçün müxtəlif həyat səhifələrini yaşaması lazımdır.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019123 okunma
520 syf.
·
Puan vermedi
·
9 günde okudu
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Nizami Gencevi'nin eserleri üzerine hem Batılı hem de Doğulu yazarlar tarafından kapsamlı çalışmalar mevcuttur. Çoğu unutulmuş olsa da geçen yıl Memmed Emin Resulzade'nin "Azerbaycanlı şair Nizami" adlı eseri Eserleri bazı yayınevleri tarafından yeniden işlendi ve yayımlandı. Nizami'nin yılını, Resulzâde'nin yaklaşık 10 yılda oluşturduğu ve İkinci
Azərbaycan Şairi Nizami
Azərbaycan Şairi NizamiMehmet Emin Resulzade · Təknur Nəşriyyatı · 07 okunma
96 syf.
10/10 puan verdi
·
25 saatte okudu
"Əsrimizin Siyavuşu" haqqında
"Əsrimizin Siyavuşu" əsəri 1920-ci ildə şanlı Cümhuriyyətimizin banisi, Məhəmməd Əmin Rəsulzadə tərəfindən Lahıcda olarkən yazılır. Müəllif Firdovsinin "Şahnamə əsərindən ilhamlanaraq və İran-Turan müharibələrini diqqətdə saxlayaraq öz əsərini qələmə qalır. Əsərin hansı şəraitdə yazılması və başına gələnlər barəsində müəllif özü
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019123 okunma
126 syf.
10/10 puan verdi
Məhəmməd Əmin Rəsulzadə
Salam dəyərli oxucular Bu dəfə sizə Məhəmməd Əmin Rəsulzadənin sitatlarından ibarət bir kitabdan bəhs edecəm. Kitab Rəsulzadənin fərqli kitablarda, qazet, dərgi vəb yərlərdə işlətdiyi aforizm və fikrlərdən ibarətdir. Rəsulzadənin azadlıq, Azərbaycan, bayraq, dil, din, erməni məsələsi, gənclik haqqinda, İran, vəsiyyətnamə, kommunizm və SSRİ haqqında, qadın, mədəniyyət, mətbuat, millət, türklük, 28 may, siyasi baxışı, digər tanınmış şəxsiyyətlərin Rəsulzadə haqqinda fikrləri veb sitatları yer almaqdadır. Məncə Rəsulzadəni azda olsa tanımağa kömək edəcək kitabdır. O hədəfləri özümüzə mayak götürsək, ışıqlı gələcəyin bizimlə olacağına inanıram. Kitabı rahatlıqla bir günə bitirə bilərsiz. Hər dəfə açıb baxıb nələrsə öyrənmək olar. Bir növ cib kitabıdır. Hər bir Azərbaycanlı gəncin evində olmalı olduğu düşünürəm. Kitabı Bakı şəhərinin islənilən kitab mağazasından əldə edə bilərsiz. Mən Libraffdan almışdım. Mallda bu qiymətə kəhvə içirik. Alaq. Oxuyaq. Tanıyaq! Tanıdaq! Sevgiylə Qalın
Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz!(Sitatlar)
Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz!(Sitatlar)Mehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 20231 okunma
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.