Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məhəmməd Turan

Məhəmməd TuranŞeir Sevgilim yazarı
Yazar
0.0/10
0 Kişi
1
Okunma
0
Beğeni
35
Görüntülenme

Hakkında

Tam adı:
Turan Məhəmməd Haciyev
Unvan:
Şair, Yazar
Doğum:
Şəmkir, Azərbaycan, 2000

Okurlar

1 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Belə..
Elə ayrıldıq ki bir iynə ucu Qoymadım hardasa "bağışla" deyim... Gedəndə "dur getmə" deyərdim bəlkə Bir nəfəs dərməyə çatmadı heyim... Yoxluğun - yoxluqdur...Başqa adı yox Desəm ki "ölürəm" yalanım olar... Ancaq ki Yüz ölüm baxsa da soyuq Həsrətin yanında balaca qalar... Bir idi min oldu dünyanın işi Min işlə baş edən can yoxdu məndə... Qoymadı yarıya, gülə sevgimiz Deyən öz bəxtim də aşiqmiş mənə Xəyalın danlayır yenə üzümü Bilirəm, bilirəm, dəliyəm, kürəm... Eh daha barışıq uzaqda qaldı Yaxınım! Uzağım! Səni sevirəm...
Sayfa 22
Səsin ürəyimdən gəlir...nə bilim, "Ah"ın mı könlümə külək tək əsən?
Sayfa 39
Reklam
Yoxluğun yaxın mənə...
Həsrətin yeddi arşın, Yoxluğun yaxın mənə. Bir eşq duasına dön Astaca oxun mənə Mən yorardım yolları Bu dərd məni yormasa... Arada zəng et barı Sevinim heç olmasa... Həsrətindən tutuşar Yanar ağzımda dilim.. Yenə küsülü qaldıq Heyf getdi bir ilim... Məni yuxuda görsən Balıncını tərs çevir... Nə olaydı gözlərin Deyəydi "səni sevir"...
Sayfa 15
Məni çoxdan yorub baxdığım yollar O gedən gedibsən yorulmadınmı? Aşiqlər həmişə uman olurlar Ummuşam, küsmüşəm anlamadınmı?!
Sayfa 47
Gör necə yalqızlamışam Danışıram öz-özümə... Xatirələr narahatdı Yoxluğun düşüb izimə. Sənsizlikdən qəm yemişəm Udub arzular qəhəri... bir gecənin hənirtisi Aydınlaşdırır səhəri... Nədir ki həsrət dediyin?! Bir az ölüm, bir az sağlıq... Gedəndə "Sağol" demişdin Sevgimizə üzrxahlıq... Yerdəkilər anlamadı Göylərə dedim sözümü... Bir yol qırılsın güzgülər Bircə yol görüm özümü...
Sayfa 17
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
Henüz kayıt yok