Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Məhəmmədrəsul Mollahüseyni

Məhəmmədrəsul MollahüseyniYadında Qalsın yazarı
Yazar
10.0/10
11 Kişi
49
Okunma
3
Beğeni
609
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

3 okur beğendi.
49 okur okudu.
3 okur okuyor.
40 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Yadında qalsın.
-Narahat olma! İmkan yaranan kimi zəng edəcəm. Ancaq bir məsələ var. Suriyadan zəng edəndə səni sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq. Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm. Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü. Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər seçmişdilər. ' Həmidə dedim: -Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın” deyərsən. Mən anlayacam. Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib ucadan deyirdi: -Yadında qalsın! Yadında qalsın! Təbəssüm edib dedim: -Yadımdadır! Yadımdadır! ...<~3
Sayfa 229Kitabı okudu
Həmidin getməzdən bir gün əvvəl dediyi söz yadıma düşdü: “Fərzanə, ürəyimi titrətdin, ancaq imanımı əsla titrədə bilməyəcəksən”. Qulağına pıçıldayaraq halallıq istədim: “Həmidim, əgər ürəyini titrətdimsə, məni bağışla! Haqqını halal et! Şəhadətin mübarək olsun, əzizim! Mənim salamımı Seyyidüş-şühədaya yetir. Həzrət Zəhraya (ə) de ki, hədiyyəmi qəbul etsin”. 'Yadında qalsın' kitabından
Reklam
-Nə tez yadından çıxdı! Sən həyatımızın ən şirin anında mənim şəhid olmağım üçün dua etmişdin. -Səninlə keçən hər anım şirin olub, hansını deyirsən?
Sayfa 217Kitabı okudu
Sanki qismətim mənə baxmayan həyalı gözlərə aşiq olmaq imiş. Bu sirli və cəlbedici gözlərə bir baxışda aşiq olmağın nə demək olduğunu anlamaq çətin deyildi. İnsan aşiq olur və həmin anda bir cüt göz onun bütün həyatına çevrilir. O gözlər gülərkən hər bir problem yerindəcə həll olur. Məhz həmin gün o gözlərə aşiq oldum; bəzən gülən, bəzən də dolubboşalan ecazkar gözlərə.
Həmin on gün ərzində anası nə zaman zəng vurub halını soruşurdusa, üzü gülürdü, uzanmış olsaydı, cəld oturardı, oturmuş olsaydı, ayağa durardı. Onun bu rəftarları mənə çox qəribə gəlirdi. Ona dedim: -Həmid can! Axı anan sənin oturduğunu, ya da uzandığını görmür. Elə uzandığın yerdə, istirahət edə-edə də danışa bilərsən. -Düzdür, anam yanımda deyil, məni görmür, bəs Allah necə? Allah yanımdadır və məni görür.
Sayfa 192Kitabı okudu

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
296 syf.
·
Puan vermedi
·
12 günde okudu
Bismilləhir Rahmənir Rahim ... Heç bilmirəm bu kitab haqqında fikirlərimi necə ifadə edim. Çox möhtəşəm kitab idi. Hər səhifəni oxuduqca özümü kitaba qərq olmuş hiss edirdim. Nə vaxt kitabı açıb oxusam özümü bu dünyadan ayrı hiss edirdim. Sanki başqa aləmə düşürdüm. Şəhid Həmid Muradinin həyatı çox ibrətamizdir və eşqlə doludur. Şəhidin həyatından öyrəniləsi və həyatımıza tətbiq etməli olduğumuz çox məqamlar var. Insan bu kitabı oxuduqca şəhadət eşqi daha da artır. Şəhidin yoldaşı Fərzanə xanım isə qadınlar üçün ayrı bir nümunədir. O yoldaşını öz əlləri ilə şəhadətə, əbədi səadətə yola saldı... Nəfsi ilə mübarizədə qalib gəldi. Allah bizə də bu qalibiyyəti nəsib etsin InşəAllah.
Yadında Qalsın
Yadında QalsınMəhəmmədrəsul Mollahüseyni · «Издательство Полипресс» · 202049 okunma
·
Puan vermedi
Hərəmin payız şəhidi Kərbəla səfəri: 2010-cu ilin payızı Nişan günü: 2012-ci ilin payızı Toy günü: 2013-cü ilin payızı Şəhadəti: 2015-ci ilin payızı...
Yadında Qalsın
Yadında QalsınMəhəmmədrəsul Mollahüseyni · «Издательство Полипресс» · 202049 okunma
296 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Bu qədər yazdıq, Ancaq heç biri sənin gözlərinin nəstəliqi olmadı
° Ömür bir göz qırpımında ötüb keçir, gözəl əməl və xoş xatirələr olmasa necə də ziyan olar. Hədisdə deyildiyi kimi, "fürsətlər bulud kimi ötüb keçər" hər anı qənimət bilməli və çalışmalıyıq, həqiqətən insana yalnız öz zəhməti qalar. Bu kitab xoş xatirələr və acı ayrılıqları yaxşı çatdırır, ömür nə qədər gözəl olsa ölüm də o qədər gözəl olar, Allaha xatir olan hər şey gözəldir... Bəzi insanların həyatı insana gözəl nümunədir ki, necə sığdırmışlar qısa ömürə bu qədər gözəl xatirələri. Çoxumuz ciddi olub zarafat etməməyi böyümüşlük əlaməti olaraq görə bilərik, amma böyüklə-böyük uşaqla-uşaq olmaq, dostlarla deyib-gülmək həyatı şirin yaşamaq, və öhdəliklərimizi bilmək bizi daha mənalı həyat yaşamağa, bəlkə Allah rəhm etsə şəhidliyə gətirib çıxarar. Oxuyucuya bu qədər təsir edən kitab, bunları yaşayana necə də ağır olmuşdur. Şəhidlik ən uca məqamdır ancaq insan geridə buraxdıqlarını görəndə təkrar düşünür, və hərkəs deyə bilməz "ürəyimi titrətdin amma imanımı əsla"...
Yadında Qalsın
Yadında QalsınMəhəmmədrəsul Mollahüseyni · «Издательство Полипресс» · 202049 okunma