Mirvarid Dilbazi

Seçilmiş Əsərləri yazarı
Yazar
6.7/10
3 Kişi
16
Okunma
6
Beğeni
1.917
Görüntülenme

Mirvarid Dilbazi Sözleri ve Alıntıları

Mirvarid Dilbazi sözleri ve alıntılarını, Mirvarid Dilbazi kitap alıntılarını, Mirvarid Dilbazi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
LİRİK DUYĞU
Mənim ürəyimin qırx otağı var, Gülləri ətirli şahlıq bağı var, Sən bu sarayların şahzadəsisən. İndi sənsizlikdə ey məni sevən: Çoxdan bağlı qalıb qırx otağım da, Solub, xəzan olub şahlıq bağım da.
Sayfa 186
Sənsiz
Şər qarışır, İşıqla qaranlıq yarışır... Otağım yarıqaranlıq, Ürəyimdə bir nigaranlıq, Sinəm – biçilmiş kövşən yeri... Ağlayır sənsiz Zəmanənin bu divanə şairi.
Sayfa 151
Reklam
MƏNİ FİKİRLİ GÖRSƏN
Məni fikirli görsən Demə ki, bir qəmim var. Mən vəcd aləmindəyəm, Əlimdə qələmim var. Məni fikirli görsən Demə ki, möhnətdəyəm. Sükutuma toxunma! Xalqımla söhbətdəyəm. Əynimi sadə görsən Demə kasaddır əlim. Mənim başqa geyimim, Bəzəyim var, gözəlim! Süfrəmi sadə görsən, Utanma nemətlərin Orda az-çoxluğundan. Sənin nə xəbərin var: Qələm sahiblərinin Mənəvi toxluğundan.
Sayfa 132
GÜNƏŞİN ARXASINCA
Karvanım yol üstədi, Könlüm səni istədi... Demədinmi xəstədi? Ürək durur, can gedir, Gedən nigaran gedir. Ey qəlbimin sirdaşı, Var hər yazın bir qışı, Gözlərdə həsrət yaşı, Ürəkdə hicran gedir. Günəşin arxasınca Qəmli bir karvan gedir.
Sayfa 149
SƏN SU OLSAN
Sən su olsan Mən səni Bir qurtumda içərdim. Ocaq olsan İsinərdim istinə, Baxmazıdım alovuna, Tüstünə. Yağış olsan Deyərdim: - Yağ üstümə! Gül olsaydın Dərib dəstə bağlardım, Dərdiyimçün qoxlayanda ağlardım. Zərrə olsan: Mən səni: Zərrələrdən seçərdim. Sən əl çatan adi insan olsaydın Mən yanından etinasız keçərdim.
Sayfa 153
QAYA DAŞI
Xatirələr ümmanında Qərq olur gəmim. Bu gəmiyə yüklənibdir: Kədərim, qəmim. Mən qərq olum, Tək sən yaşa Könül həmdəmim. Mən buludam, yağış dolu – Gəl, qoyma yağam. Sən bilmədin, mən püskürən Bir yanar dağam. Həsrətimlə öz odumda Mən yanacağam.
Sayfa 158
Reklam
QIRIQ QAYIQDA
Məhəbbət çələngim, Arzu güllərim Düşdü tufanına hansı illərin. Küləklər at çapan hansı səhrada Boz qumlar üstünə səpələnibdir, O hansı qayanın, dumanlı dağın Uca zirvəsində daşa dönübdür? Yenə oturmuşam mən tək otaqda. Xəyalım pərişan, fikrim uzaqda. Bir ney iniltisi, Bir kaman səsi Sehrinə salmışdır dərdi-ümmanı... Arzu sahilinə yetişmək üçün Bu qırıq gəmidə bəs avar hanı?!
Sayfa 172
Sən su olsan, Mən səni Bir qurtumda içərdim. Ocaq olsan, İsinərdim istinə, Baxmazdım alovuna, Tüstünə. Yağış olsan Deyərdim; Yağ üstümə! Gül olsaydın, Dərib dəstə bağlardım, Dərdiyimçün qoxlayanda ağlardım.
SEVGİ PƏRİSİ
Qoca çinarın kölgəsində, Qoca ürəyin ölkəsində, Yatan pəri qızı oyansa əgər, Bu miskin ölkəni tərk edib gedər. Olar bu qoca mülk bir xərabazar, Tökər yarpağını qocaman çinar. Ey insanlar! Burada səs salmayın, Sazı dindirməyin, Kaman çalmayın, Amandır! Burada nəfəs almayın! Ay kimi parlayıb, gün kimi yanar, Yatmış pəri qızı birdən oyanar, Gedər, bu qoca mülk qalar virana. Açar qapısını soyuq küləklər... Onu oyatmayın, dəyməyin ona, Bu qoca ürəyi qəm-qüssə təklər.
Sayfa 185
İstəsəydim səni, səndən alardım, Gözəlləri öz taxtından salardım. Ürəyimi-ürəyinə calardım Sən yanardın, mən baxardım tüstünə. Ulduz olub öz zirvəmdən enərdim, Dövrəndəki "mələkləri" yenərdim, Al laləyə, qərənfilə dönərdim, Səpilərdim yollarının üstünə. İstəsəydim vüsalına yetərdim, Mən gül olub ürəyində bitərdim, Orda bülbül fəryadıyla ötərdim, Mən yanardım, sən baxardın tüstümə. Ölsəm, bir gün gəl qəbrimin üstünə, Bircə dəstə bənövşə qoy, bəsimdir! Baş üstündə bir qaranquş ötəcək, O da sənə minnətdarlıq səsimdir.
32 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.