Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mirvarid Dilbazi

Mirvarid DilbaziSeçilmiş Əsərləri yazarı
Yazar
6.7/10
3 Kişi
16
Okunma
6
Beğeni
1.881
Görüntülenme

Mirvarid Dilbazi Sözleri ve Alıntıları

Mirvarid Dilbazi sözleri ve alıntılarını, Mirvarid Dilbazi kitap alıntılarını, Mirvarid Dilbazi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
ÇIRAQ OLSAN
Çıraq olsan mən pərvanə olardım, Od xilqətlim hey... yanardım oduna. Ömrüm boyu od içində qalardım, Sən su olub, yetişsən də dadıma. Yağış olub, yağsan belə üstümə, Dözüb sənin alovuna, tüstünə Mən dönərdim odlu Simurq quşuna Yana-yana dolanardım başına.
Sayfa 152
BU EŞQ ŞAİR XƏYALIYMIŞ
Nə dostdan bir xəbər gəldi, Deyəm əhdə vəfalıymış. Nə şadlıq, nə kədər gəldi, Deyəm ömrü cəfalıymış. Nə bildi, ağladım, güldüm, Nə bilsə, bildiyin bildim. Nə bildi qəm yeyib öldüm. Bu eşq şair xəyalıymış.
Sayfa 151
Reklam
Duyğular
Səhra küləkləri kimi – Könlüm mülkündə duyğular Gah soyuq, gah isti əsdi. Gah gecikdi, Gah tələsdi. Gah gözdə - göz yaşım dondu, Gah ürəyim oda yandı... Demədim, bəsdi! Duyğular! Üzdüm fikirlər selində Xatirələrin elində... Kədər xəncəri əlində Yolumu kəsdi duyğular! Gah ağlatdı xəlvət-xəlvət, Əzizlərdən açdı söhbət, Gah göstərdi mənə ülfət. Gah məndən küsdü duyğular.
Sayfa 182
ŞAİR OLMAQ
Şair olmaq gör nə haldır: Ruzim - fikirdir, xəyaldır, Dalğınlıqdır, düşüncədir... Şair olmaq istəyənim Bildinmi halım necədir. Bizim bu zəngin aləmdən, Bir kağızdan, bir qələmdən, Bir də mənə eldən gələn Müqəddəs sevincdən, qəmdən Başqa bir şey götürmədim. Şahlar sarayına girdim, Dürr, cavahirat gördüm, Bu sərvətlər arasında Sərvətimi itirmədim. Qəlbi incəm, ruhu şənim, Heç çatarmı gücün sənin Bu "ruzi"ylə yaşayasan! Dünya zövqündən əl çəkib Sən də mənə oxşayasan, Bir qələmlə, bir kağızla Bir də: şair ruhundakı El eşqiylə yaşayasan?
Sayfa 174
ƏHVAL-RUHİYYƏ
Ürəyimdə nə sevginin odu var, Nə ağzımda yeməklərin dadı var. Günlərimin qəmlisi var, şadı var, Yaşayıram, dünya yenə gözəldir. Bu dünyanın günəşi var, ayı var, Meşəsi var, bulağı var, çayı var, Xəyalımda bir gözəllik payı var, Yaşayıram, dünya yenə gözəldir. Bu dünyanın aranı var, dağı var, İnsanların xəstəsi var, sağı var, Qarşımızda ölüm adlı yağı var. Yaşayıram, dünya yenə gözəldir. Sonu olan planetdə yaşaram, Gah susaram, gah kükrərəm, daşaram, Aldadılmış bir uşağa oxşaram, Yaşıl yarpaq sabah sarı xəzəldir. Fani dünya niyə belə gözəldir?!
Sayfa 184
Sənsiz
Şər qarışır, İşıqla qaranlıq yarışır... Otağım yarıqaranlıq, Ürəyimdə bir nigaranlıq, Sinəm – biçilmiş kövşən yeri... Ağlayır sənsiz Zəmanənin bu divanə şairi.
Sayfa 151
Reklam
YÜNGÜL ADAMLARLA
Yüngül adamlarla dostluq eyləmə, Şərabla qızanda onların başı Satır bir qədəhə dostu, yoldaşı, Bir udum şərab ver, o qulun olsun, Oynasın əlində futbol topu tək. Tək şərab almağa bol pulun olsun, O, sənin qarşında yer süpürəcək. Çökəndə gözünə şərab dumanı, Pozulur sərxoşun əhdi, peymanı, Bir qədǝh şəraba nəinki səni, Satar o torpağı, ana vətəni. Başı ayılanda biləcək nə var, Ölümdən qorxuncdur yüngül adamlar.
Sayfa 107
MƏNƏM−MƏN
Mən haraya getsəm Sən orda varsan. Sən harada olsan Məni ararsan. Bağdan xəzan vurmuş Bir gül qoparsan Bil ki, xəzan vurmuş o gül Mənəm, mən! Üfüqlər qızarır günəş batanda, Susur şən nəğmələr quşlar yatanda, Bir sel çağlayacaq “vaxtım” çatanda Bil, elə çağlayan o sel Mənəm, mən! Şax üstə açılmış görəndə gülü, Eşqindən açılır bülbülün dili, Əsəndə dağlardan ilk bahar yeli Gül-çiçək ətirli o yel Mənəm, mən! Quşların yatmağa yoxdur həvəsi, Doldurub bağları bir nalə səsi, Könlü gülüstana dönən bir kəsi Görsən bil, o könül Mənəm, mənəm, mən!
Sayfa 161
Məhəbbət
Neçə qərinə görmüsən, Kimə şadlıq, Kimə kədər, Sən kimə ölüm vermisən? Kimi həsrət diyarında, Kimi vüsal bağında, Məhəbbətin gülzarında yaşatmısan. Kimi xoşbəxt; Yar-yoldaşlı, Kimi tənha, gözü yaşlı eyləmisən. Ey sehirlim, yüzillərlə Bir cavab ver, insanlara neyləmisən?
Sayfa 150
YOLLARA BAXACAQ
Yollar uzaq, Dəryalar dərin. Çıraqlar yanacaq, Saatlar ötəcək, Gəlməyəcək sənin Ayaq səslərin Yollar uzaq, Dəryalar dərin. Dağlar uca, Zirvələr qar örpəkli. Yollara baxacaq bir şair ürəkli.
Sayfa 162
32 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.