Məmməd Cəfər

Mütəfəkkirin şəxsiyyəti yazarı
Yazar
7.5/10
0 Kişi
3
Okunma
2
Beğeni
505
Görüntülenme

Hakkında

Tənqidçi, ədəbiyyatşünas, nasir, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR əməkdar elm xadimi (1982). Cəfərov Məmməd Zeynalabdin oğlu 1909-cu il mayın 9-da Naxçıvan şəhərində anadan olmuşdur. Burada ilk təhsilini aldıqdan sonra Naxçıvan pedaqoji texnikumunu bitirmişdir (1928-1932). APİ-nin dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, «Gənc işçi», «Maarif işçisi» qəzetlərinin redaksiyalarında şöbə müdiri vəzifəsində işləmişdir (1932-1935). Həmin institutun |ərəb ədəbiyyatı kafedrasının aspiranturasında təhsil almışdır (1935-1938). Ədəbiyyat fakültəsinin dekanı (1938-1939), Bakı ikiillik Müəllimlər İnstitutunda baş müəllim (1939-1941), ADU-nun rus ədəbiyyatı kafedrasında dosent, həmçinin «Ədəbiyyat qəzeti» redaksiyasında şöbə müdiri (1941-1943), Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini (1943-1945), ADU-nun rus ədəbiyyatı kafedrasında dosent, eyni zamanda «Ədəbiyyat qəzeti»nin redaktoru (1945-1949), ADU-nun filologiya fakültəsinin dekanı, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1949-1951), ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri (1951-1953), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Sovet ədəbiyyatı şöbəsinin (1959-1962), ədəbiyyat nəzəriyyəsi şöbəsinin (1963-1982) müdiri, institutun direktoru (1982-1984) olmuşdur. Azərbaycan EA ictimai elmlər bölməsinin akademik katibi (1984-1987). Azərbaycan EA Əlyazmaları İnstitutunda baş elmi işçi (1987-ci ildən) vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətə 1937-1938-ci illərdə «Kommunist», «Yeni yol» və «Ədəbiyyat qəzeti»ndə N.Q.Çernışevski, A.İ.Gertsen, V.Q.Belinski, Anri Barbüs, M.Qorki və V.Mayakovski kimi sənətkar yazıçılar haqqında dərc etdirdiyi məqalələrlə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxan elmi, ədəbi-tənqidi-publisist və bədii əsərləri onu elmi, ictimai və publisist fikrimizin mötəbər xadimi kimi tanıdır. Onun yaradıcılığı çoxcəhətli və geniş əhatəlidir: Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan, rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas-alim, pedaqoq kimi səciyyələndirir. İlk bədii əsəri «Snayper İlyas» (B., Azərnəşr, 1942) oçerklərindən başqa əsərlərini «Zurnaçı», «M.N.», «Dəmdəməki», «Zorən təbib», «M.Zeynaloğlu» imzaları ilə çap etdirmişdir. Aspirant və dissertantlara elmi rəhbərlik etmiş, elmlər namizədi və elmlər doktorları yetişdirmiş, akademik Feyzulla Qasımzadə ilə birlikdə orta məktəb üçün XIX-XX əsrlər ədəbiyyat dərsliyini yaratmışdır. 30 ilə yaxın pedaqoji fəaliyyəti ərzində rus ədəbiyyatı, Qərb ədəbiyyatı, estetika və tənqid tarixi, mətbuat tarixi, Azərbaycan ədəbiyyatı tarixi kurslarını yaratmış və tədris etmişdir. Onun ədəbi-tənqidi və publisist əsərləri keçmiş SSRİ xalqlarının dillərində nəşr olunmuşdur. «Mirzə Ələkbər Sabir» və «Cəlil Məmmədquluzadə» kitabları rus, ingilis, fransız, ərəb, fars, ispan, türk dillərində buraxılmışdır. 1992-ci il mayın 11-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Tam adı:
Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu
Ünvan:
Yazar
Doğum:
Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya İmperiyası, 9 Mayıs 1909
Ölüm:
Bakı, Azərbaycan, 11 Mayıs 1992

Okurlar

2 okur beğendi.
3 okur okudu.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı! Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm! Nə aşinayi-vüslət, nə bari-firqət olaydı! Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət! Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı! Tükəndi taqəti-səbrim, ədalət, ah! Ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı!
~ H.Cavid - “Şeyx Sənan” dramı
Dram
Gəldin də, niçin pəmbə buludlar kimi axdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Sərpildi alev ruhuma süzgün baxışından, Sarsıldı da həp bənliyim, ey afəti-devran. Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban. Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Reklam