Məmməd Məmmədov

Sabir və Mətbuat yazarı
Yazar
Derleyen
7.5/10
1 Kişi
6
Okunma
0
Beğeni
411
Görüntülenme

Hakkında

Azərbaycan alimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Məmməd Mahmud oğlu Məmmədov (1930) -cu ildə Qazax rayononun Birinci Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, Azərbaycan Dövlət Universitetinin (hazırda BDU ) filologiya fakültəsini (1952) -ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. (1952-1955) -ci illərdə aspiranturada oxumuş, (1958) -ci ildə “ Cəlil Məmmədquluzadənin bədii nəsri” mövzusunda namizədlik, (1969) -cu ildə isə “ M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Məmməd Məmmədov (1956 - 1970) -ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil Institutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. (1970) -ci ilin fevral ayından taleyini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan M.Məmmədov burada dosent, professor, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1976 - 1982), sonra Pedaqogika və Psixologiya fakültəsinin dekanı (1989 - 1997) vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Bundan başqa o, “Naxçıvan “ və “Təfəkkür” Universitetlərində Azərbaycan ədəbiyyatı və tənqid tarixi fənnlərindən mühazirələr oxumuşdur. Professor Məmməd Məmmədov C.Məmmədquluzadə və M.Ə.Sabir kimi ədəbi zirvələrinin bədii irslərinin ən mötəbər tədqiqatçılarından biri kimi tanınır. Cəlil Məmmədquluzadənin “Dram və nəsr əsərləri”nin (Bakı, 1958) və M.Ə.Sabirin “ Hophopnamə ”sinin akademik elmi nəşrləri (üç cilddə Bakı, (1962, 1965), iki cilddə Bakı, 2005) Məmməd Məmmədovun səmərəli və səriştəli ədəbiyyatşünas və mətnşünas alim əməyinin nəticəsidir. O, 20-dən artıq kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir. Məmməd Məmmədovun elmi rəhbərliyi ilə 1 doktorluq, 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. Bundan başqa o, onlarla dissertasiyaya rəsmi opponentlik etmiş, Müdafiə Şurasının, (2003)-cü ildən isə Prezident yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. Məmməd Məmmədovun anadan olmasının 75, elmi və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi münasibətilə (2005)-ci ildə “ Ömrü Şərəflə Yaşayanda ” (müəlliflər: Təyyar Salamoğlu və Yaqub Babayev) adlı kitab çap etdirilmişdir. Kitabda Məmməd Məmmədovun şərəfli həyat yolundan səhifələr verilmişdir.
Tam adı:
Məmməd Mahmud oğlu Məmmədov
Ünvan:
Yazar
Doğum:
Birinci Şıxlı, Qazax rayonu, 1 Ocak 1930
Ölüm:
Bakı, Azərbaycan, 9 Nisan 2006

Okurlar

6 okur okudu.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam