Məmməd Rahim

Seçilmiş Əsərləri yazarı
Yazar
7.5/10
0 Kişi
1
Okunma
0
Beğeni
696
Görüntülenme

Məmməd Rahim Gönderileri

Məmməd Rahim kitaplarını, Məmməd Rahim sözleri ve alıntılarını, Məmməd Rahim yazarlarını, Məmməd Rahim yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mən səni axtarıram, gözlərim çəməndədir. Mən səni axtarıram, çünki bahar səndədir. Nərgiz yenə başını qaldırıbdır torpaqdan, Mən səni düşünürəm baxıb ona bayaqdan. Niyə gəzim baharı, sən mənim baharımsan. Ətrinlə çəmənləri məst eləyən yarımsan. Seyr edirəm səhərdən, gözlərim çəməndədir. Mən səni axtarıram, çünki bahar səndədir... Məmməd Rahim
Edebiyat
Yanağından...
Deyirlər alışıb yanır baxçada, Qızılgül rəng alır al yanağından. Hüsnünə heyrandır aşiqin kimi, Əl çəkə bilməyir xal yanağından. Səndən ayrı düşmək xeyli çətindir, Zalım, insafa gəl, bir məni dindir. Söylə, yanağınmı baldan şirindir, Yoxsa ki, şirindir bal yanağından. Sən güləndə açır bağçalarda gül, Gəlişindən alır ilhamı bülbül. Mənə emr eləyir deyəsən könül Dur bunun bir öpüş al yanağından. Qınama Rahimi, sevimli pəri! O, hüsnə aşiqdir əzəldən bəri. Yazdı dodaqları, qara gözləri, İndi də vurdu bir xal yanağından... Məmməd Rahim
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Düşməzdi pərvanə bu qədər dilə Əgər aramızda nisbət olmasa. Möhnət əridərdi məni şam kimi Şirin xəyalınla söhbət olmasa. Sən bir nazəndəsən ipəkdən təmiz, Mənalı sözlərin sakit bir dəniz, Mən səni tutmazdım canımdan əziz Sadəlik hüsnünə zinət olmasa. Çoxdan eşqindəyəm, ey pəricəmal! Mən səni hər zaman etmişəm xəyal; Şirin olardımı bu qədər vüsal Ayrılıq olmasa, həsrət olmasa?
Deyirəm ki, səni gördüyüm zaman Üstünə gül-çiçək səpəcəyəm mən. Deyirəm ki, səni görəndə, canan, Söz açaram təmiz məhəbbətimdən. Sən bahar çağında yaşıl çəməndə Ətir saçan zaman qızılgül kimi, Coşmaq istəyirəm fərəhlə mən də Baharın aşiqi şən bülbül kimi.
Gəzsəm çəməni, Dolansam bağı, Gülün yanağı Andırar səni. Bir axar bulaq Görsəm, dalaraq, Yadıma, dilbər, Gülüşün gələr. Çıxıb seyrana, Bir şux ceyrana Rast gəlsəm əgər, Ey nazlı dilbər! Səni anıram, Dalğalanıram. Sənsən şux yarım, Səbrim, qərarım. Sən mənim ancaq - Bir alma yanaq, Körpə quzumsan. Dan ulduzumsan.
Sənin.
Sevgilim, deyirlər, xeyli zamandır Aya şölə verir camalın sənin. Aşiqin cəzb edir hər axşam, səhər Özün olmayanda xəyalın sənin. Ey bahar könlümün körpə turacı, Eşqimin vüqarı, başımın tacı. Hicranın o qədər olmazdı acı Şirin olmasaydı vüsalın sənin. Mən səni sevmişəm, sevimli canan, Bir canım var olsun yolunda qurban. Rahim olardımı hüsnünə heyran Əgər olmasaydı kamalın sənin?!