Musa Yaqub

Payıza baxıram yazarı
Yazar
9.1/10
13 Kişi
45
Okunma
17
Beğeni
3.573
Görüntülenme

Öne Çıkan Musa Yaqub Gönderileri

Öne Çıkan Musa Yaqub kitaplarını, öne çıkan Musa Yaqub sözleri ve alıntılarını, öne çıkan Musa Yaqub yazarlarını, öne çıkan Musa Yaqub yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən Allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni...
Öyrətmə özünə, öyrətmə məni...
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni... Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə... Yox buna təqatim, yox buna tabım Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da, könlümün sınıqları var, Hicranın köz basmış yanıqları var - Mənim dərdlərimin ayaqları var - Harda olsa gəlib tapacaq məni, Yaxıb yandıracaq bu ocaq məni. Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə…
Musa Yaqub
Musa Yaqub
🥀
Reklam
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə, bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Gəl məni, özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni.
Musa Yaqub
Musa Yaqub
Vəfasız, dünyadan vəfa umanda, Dünyaya adamın yazığı gəlir.
Beş-altı günlük
Özüm də bilmirəm çatışmır nəyim, Nədənsə təkliyə qaçır ürəyim beş-altı günlük Əvvəlki tövr ilə qaynasın şəhər, Yenə də öz dəcəl uşaqlarıyla oynasın şəhər. Mənimsə könlümdə başqa bir aləm, Bir özüm olaram, bir də düşüncəm beş-altı günlük. Uzaq düşəcəyəm dərdi-sərimdən, İncə bir yalanla çıxıb aradan Qaçmaq istəyirəm əzizlərimdən beş-altı günlük. Biri var könlümü yaman sındırıb, Özü yanan deyil məni yandırıb; Onu da vecimə almayacağam beş-altı günlük. O qədər səbirli olacağam ki, Soyuq baxışlara, nadan sözünə O qədər biganə qalacağam ki, beş-altı günlük.
Ya yetir bizləri axır zamana Ya da at ömrümü bir az o yana At məni bir ali-məqam vaxtına, İnsanın səmimi salam vaxtına, Biri-birimizə inam vaxtına Sən məni ədalət taxtına yetir İnsanın insanlıq vaxtına yetir. Həmişə xoş olan halın tövrünə, Ürəyin ən dərin guşələrində Bəslənən sevginin məktub dövrünə. Sən məni məhəbbət mehrinə qaytar Gözəl meşələri hasarsız görüm, Namusu, qeyrəti bazarsız görüm Bir görüm hiyləsiz göz necə olur, Bir görüm pərdəsiz üz necə olur. Bir görüm yalansız söz necə olur. Sən məni ədalət taxtına qaytar İnsanın insanlıq vaxtına qaytar.
Reklam
İndi nazın böyük, ürəyin aram Eh, mən də səninçün belə qalmaram. Bir də görərsən ki, bir ərk yerin yox. Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq, Onda biləcəksən mənim sevgimi. Biləcəksən, o da çox gec olacaq.
Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni. Əlimi saçına öyrətmə belə, Gözümü gözünə öyrətmə belə; Üzümü üzünə öyrətmə belə.
Mən həyat qədrini, ümid qədrini Ümidsiz olanda, bilmişəm heyhat!
Bu dünyada sevinc də var, dərd də var, Hərəsi bir yana çəkər könlümü. Yaxşı ki, namərd yanında mərd də var, Biri söksə, biri tikər könlümü.
637 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.