Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nadir Adilov

Nadir AdilovGəncsən? Başla! yazarı
Yazar
7.9/10
33 Kişi
122
Okunma
9
Beğeni
1.339
Görüntülenme

Hakkında

Unvan:
Yazar
Doğum:
Azerbaycan, 1977

Okurlar

9 okur beğendi.
122 okur okudu.
7 okur okuyor.
51 okur okuyacak.
8 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Öyrənmək istəyən bəhanə deyil, çıxış yolu axtarır.
Sayfa 102Kitabı okudu
Heç kim və heç nə səni səndən daha yaxşı motivasiya edə bilməz. Özünün müəllimi olmağı öyrən.
Reklam
İnsanı məhv etmək üçün çox az şey tələb olunur. Onu sadəcə inandırmaq lazımdır ki, məşğul olduğu iş heç kəsə gərək deyil. ~ Dostoyevski
Sayfa 129Kitabı okudu
Böyle işte ^_^
Deyirlər, qədimlərdə bir rəssam təhsilini başa vurmuş şagirdinə son dərsini vermək istəyir. Ona deyir ki, axırıncı rəsmlərindən birini şəhər mərkəzinə as, yanına da bir qırmızı qələm qoy. Rəsmin yanında bir qeyd yaz ki, kim rəsmin harasını bəyənmirsə, qırmızı qələmlə işarələsin. Şagird ustanın dediyini edir və bir neçə gündən sonra rəsmi götürür. Rəsmin hər yerində qırmızı işarələr vardı. Şagird məyus halda ustasının yanına gəlir. Usta bu dəfə deyir ki, rəsmi yenidən çəksin və yenə meydanda assın. Bu dəfə rəsmin yanına fırça və müxtəlif rəngdə boyalar qoysun. Yanında da yazsın ki, kim istəsə, bəyənmədiyi yerləri yenidən çəkə bilər. Şagird ustanın dediyi kimi də edir və bir neçə gündən sonra gedib görür ki, əsərə heç kim düzəliş etməyib. Şagird sevincək halda ustanın yanına gəlib bunun səbəbini soruşur. Usta deyir ki, sən birinci dəfə insanların əlinə fürsət düşəndə necə qəddarlıqla hər şeyin üstündən xətt çəkdiklərini gördün. Ömrü boyu bircə dənə rəsm çəkməmiş adamlar gəlib rəsmin hər yerinə irad tutdular. İkinci dəfə isə insanlardan yaradıcılıq tələb edildi. Bu səfər heç kimin bilmədiyi bir mövzuda düzəliş etməyə cəsarəti çatmadı.
Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var: — Daş… atıldıqdan sonra! — Söz… ağızdan çıxdıqdan sonra! — Fürsət… qaçdıqdan sonra! — Zaman… keçdikdən sonra!
Eğer hayal edebildiğin bir şeyse, yapabilirsin. Walt Disney
Məqsədlisən?
Məqsədlisən?

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
188 syf.
9/10 puan verdi
·
15 saatte okudu
İndi bütün emosionallığımı kənara qoyaraq qısa şərh yazmaq istəyirəm. Yazarı niyəsə adi bir gənc kimi təsəvvür etmişdim amma, kəndisi hüquq üzrə fəlsəfə doktorudur. Bunu bir qırağa qoyaq. Əvvəla deməliyəm ki, yazar ölkəmiz gənclərini tanıya bilib və sən 100% bacaracaqsan deyib qaçmaq əvəzinə ölkədə olan vəziyyət, valideyn- uşaq, müəllim-uşaq münasibətlərindən, maddi vəziyyətlərdən çıxış yolları göstərməyə çalışaraq bacarmağımızı istəyir. Mən müəllim olacağım üçün mənə hansısa şirkət üçün CV hazırlamaq və ya xaricdə oxumaq üçün təqaüd proqramları ilə tanış olmaq vacib deyildi. Amma gələcəkdə şagirdlərimin köməyə ehtiyacı olarsa onlara hər mövzuda yardım əli uzada bilmək üçün bu kitabı oxumalı idim. Xaricdə təhsil, könüllülük proqramları və yenicə həyata atılmış məzunlar üçün sadəcə "giriş" xarakterli kitabdır. Bu kitabdan yola çıxaraq hər hansı sahədə 100lərlə araşdırma etmək artıq oxuyanların öz üzərinə düşür. Bir də ki, nə yalan deyim, yazar elə səmimi və sadə dillə yazıb ki, oxuduğumu deyil onunla söhbət etdiyimi hiss etdim. Bu dövrdə təhsil sistemimiz, ailə içi münasibətlərimiz və s. regionlara görə bir-birindən çox fərqlənir. Buna görə də burada yazılanlar bəzi regionlarda yaşayanlar üçün əlçatmaz görünə də bilər. Amma yenə də vazgeçməmək ən yaxşısıdır. Elə bu kitabı oxumaq qərarına gəlmək özü inkişaf etmə istəyimizin olduğuna işarədir. Bu yolda qabağımıza yaxşı, pis, faydalı ,faydasız çox kitablar, tövsiyyələr çıxacaq, əsas odur ki əldə etdiklərimizi öz tərəzimizdə doğru-düzgün ölçə bilək.
Gəncsən? Başla!
Gəncsən? Başla!Nadir Adilov · Teas Press Nəsrıyyatı · 088 okunma
250 syf.
9/10 puan verdi
·
Beğendi
·
26 günde okudu
Kitab tələbə və gənc olan hər kəs üçün çox yaxşıdır. Dili çox asandır və tez bitə biləcək, rahat oxuya biləcəyiniz bir kitabdır. Fərdi inkişafına üstünlük verən, lakin haradan və necə başlayacağını bilməyən gənclər üçün gözəl bir rəhbərdir. Kitabda motivasiya verici yazılarla yanaşı, mükəmməl Cv necə yazılmalıdır? Könüllü fəaliyyət, yaxşı təhsil, xərici dil öyrənmək üçün hansı saytlardan və ya başqa kitablardan kömək ala biləcəyinizi göstərir.
Gəncsən? Başla!
Gəncsən? Başla!Nadir Adilov · Teas Press Nəsrıyyatı · 088 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Həəə. Deyərdim kitab çox maraqlıdır. Motivasiya istəyən hərkəs oxumalı zənnimcə. Kitabda köməyimizə gələcək müxtəlif sayt linkləri və dünyaca məshur insanlardan statlar var.Nadir Adilov bu kitabda gənclərə düz yolu görsədir. Çox bəyəndim. Oxumağınızı tövsiyyə edirəm.
Gəncsən? Başla!
Gəncsən? Başla!Nadir Adilov · Teas Press Nəsrıyyatı · 088 okunma