Nəbi Xəzri

Seçilmiş Şiirler yazarı
Yazar
8.5/10
9 Kişi
39
Okunma
12
Beğeni
1.240
Görüntülenme

Nəbi Xəzri Sözleri ve Alıntıları

Nəbi Xəzri sözleri ve alıntılarını, Nəbi Xəzri kitap alıntılarını, Nəbi Xəzri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Təkcə Ümid Qalsın...
İstəsən sükuta bürünsün cahan. heç nə yox, al məndən gülüşlərini... Al məndən ömrümlə əbədi qalan o ani, o ani
Sayfa 147 - LiderKitabı okudu
Küsəyən...
Eşqin özündədir Qəribə sirlər, Məgər şirin sözdən Küsərmi insan? Artar küsəyənin Payı, - deyirlər. Sənə sevgim artır Sən küsən zaman!
Sayfa 238 - LiderKitabı okudu
Reklam
Külək
Yenə payız gəldi qonaqlar kimi, Soldu məhəbbətim yarpaqlar kimi, Ürək pıçıldayır dodaqlar kimi, Külək, niyə belə əsirsən, külək? Niyə ümidimi kəsirsən külək? Sevgilim görüşə çağırmış məni, Mən necə unudum olub-keçəni? O deyir astaca: "Sevmirəm səni..." Sən niyə sözünü kəsirsən, külək? Külək, niyə belə əsirsən, külək? O ürək ağrıtdı, ürək incitdi, Bir eşqin sevimli nəğməsi bitdi. Sanki məhəbbətim xəyaldı, getdi... Külək, niyə belə əsirsən, külək? Səndəmi sevgimi gəzirsən, külək?
Sayfa 155 - LiderKitabı okudu
Gəl, - demək istəyir, gəl, - deyə bilmir, Əllər dediyini dil deyə bilmir.
Sayfa 42 - LiderKitabı okudu
Qışqıran sevgilər məyər sevgimi? Səssiz baxışlardır əsil məhəbbət.
Sayfa 32 - LiderKitabı okudu
Həzin nəğmə deyir indi bağça, bağ, Yadıma yaxınlar, uzaqlar düşür. Yaralı quş kimi qanad çalaraq Yarpaqlar uçuşur, yarpaqlar düşür. Ellərə car çəkən payızın səsi Düzlərdə sərt əsən küləklərdədir. Mehriban baharın isti nəfəsi Ancaq ürəklərdə, ürəklərdədir. Dağ susur, yüksəlir aranın səsi, Yığılmış pambıqlar qar tayasıdır. Qatardan ayrılmış durnanın səsi Köç etmiş baharın son nidasıdır. Açdı ürəyini bağça, bağ mənə, Qəlbim qanadlanıb uçmaq istədi. Sanki əl eyləyib hər yarpaq mənə, Gələn baharadək, əlvida, - dedi
Reklam
152 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.