Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nəbi Xəzri

Nəbi XəzriSeçilmiş Şiirler yazarı
Yazar
8.5/10
9 Kişi
39
Okunma
12
Beğeni
1.160
Görüntülenme

Nəbi Xəzri İletileri

Nəbi Xəzri iletilerini, Nəbi Xəzri okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Onlar görüşdülər... Aylı gecəydi.. Oğlan pıçıldayır: "Sevirəm" -dedi, - Əhdindən dönənin gözü oyulsun! Ay da sevgimizə qoy şahid olsun! Onlar ayrıldılar... Aylı gecəydi... Oğlan başqasına: "Sevirəm" -dedi Ay girdi buluda üzündə kədər, Qorxdu, bir də onu şahid çəkərlər..
Nəbi Xəzri
Nəbi Xəzri
Onlar görüşdülər... Aylı gecəydi.. Oğlan pıçıldayır: "Sevirəm" dedi, - Əhdindən dönənin gözü oyulsun! Ay da sevgimizə qoy şahid olsun! Onlar ayrıldılar... Aylı gecəydi.. Oğlan başqasına: "Sevirəm" dedi, Ay girdi buluda üzündə kədər, Qorxdu, bir də onu şahid çəkərlər..
Nəbi Xəzri
Nəbi Xəzri
Reklam
Dərdlilər dünyada yarı peyğəmbər. Dərdsizlər dünyada yarım insandır!
Nəbi Xəzri
Nəbi Xəzri
Dəniz, Göy, Məhəbbət...
– Dənizi hədiyyə verirəm sənə… Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. – Mən isə… göyləri verirəm, – dedin… Ayrıldıq qəribə hədiyyələrlə, Göylər eşqim kimi mənə əzizdir. Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Gəl - demək istəyir, gəl - deyə bilmir, Əllər dediyini dil deyə bilmir...
Nəbi Xəzri
Nəbi Xəzri
Eşq şeiri
Mən bir dənizəm ki, eşqim səhərdir, Səni düşünürəm, əzizim, yenə. Mənim dalğalarım xatirələrdir, Qoy çatsın qəlbinin sahillərinə. Əsl məhəbbət ki, böyük hünərdir, Coşar ümman kimi təzə arzular. Mənim dalğalarım xatirələrdir, Orda tufan da var, burulğan da var. Dənizəm, eşqimdən qaçmaq hədərdir, Mən ki, adlayıram çölü, çəməni. Mənim dalğalarım, xatirələrdir, Gecə də, gündüz də tapacaq səni. 🌊
Nəbi Xəzri
Nəbi Xəzri
Reklam
"Cəbhədən qaçan oğlan"
O cəbhədən qaçıb gəldi, gəldi ata evinə Döydü doğma bir qapını o sevinə-sevinə -Ana -Necə qapı açım mən cəbhədən qaçana? -Mən gəldim sizi görüm.
İstəsən sükuta bürünsün cahan, Heç nə yox, al məndən gülüşlərini... Al məndən ömrümlə əbədi qalan O ani, o ani görüşlərini. İstəsən, qoy olsun! Nə danış, nə din! Al indi o əziz günləri məndən. İstəsən bir sabah mənə verdiyin Sədaqət andını al geri məndən. İstəsən, al məndən düşəndə kölgə Yaşıl meşələrin pıçıltısını. Bizimçün darıxan sahillə birgə, Al məndən dənizin parıltısını. Fəqət, soyuq baxma sən gendən, gözəl! Sənsiz günəşsizdir bu göy, bu torpaq. Hər şeyi, hər şeyi al məndən, gözəl, Təkcə ümid qalsın qoy məndə ancaq. Ümid – bir dünyalıq sükut içində, Bir dünyaya dəyən gülüşlərindir. Ümid – bir şimşəkdir bulud içində, O ani, əbədi görüşlərindir...
Nəbi Xəzri
Nəbi Xəzri
Aylı gecə... Göy dərədə səslənir bulaq, Əfsanəvi zümzüməsi "şeiriyyət" deyir. Əsir külək, dinir meşə, danışır qovaq, Mənim ürək sözlərimi təbiət deyir. Bağlanmışdır könül sənə, etibar sənə, Yollarıma işıq saçan məhəbbətindir. Mən vermişəm ürəyimi yadigar sənə, Sənin mənə yadigarın sədaqətindir. Aylı gecə, çay kənarı, suların səsi… Ürəyimin məhəbbəti tər çiçəyimdir, Dinlə, yaşıl bağçadakı bülbül nəğməsi Öz ümidim, öz sevincim, öz diləyimdir.
Nəbi Xəzri
Nəbi Xəzri
Qadınsız ev
Çiyinlərdə yerin-göyün qəmidir, Ah çəkirsən asimana yetişir. Qadınsız ev - tufandakı gəmidir, O nə batır, nə limana yetişir. Ağır dərdlər faciənin gücüdür, Nə sevinib, nə də gülə bilirsən. Qadınsız ev - xəstəxana küncüdür,
46 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.