Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nicat Kazımov

Nicat KazımovMadam Floranın Rəngli Daşları yazarı
Yazar
9.2/10
22 Kişi
57
Okunma
6
Beğeni
999
Görüntülenme

Hakkında

Nicat Kazımov 1993-cü ilin 21 mart tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində andan olmuşdur. Təhsilini, Gəncə şəhərində yerləşən Cəfər Cabbarlı adına 6 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil aldıqdan sonra, 2011-ci ildə Fransanın Korsika adasının Korte şəhərindəki Paskal Paoli universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. 2012-ci ildən etibarən Strasburq şəhərində hüquq və Modern ədəbiyyat ixtisası üzrə təhsilini davam etdirir. Yazıçı eyni zamanda Fransada yaradılmış Kəpəz Nəşriyyatının yaradıcılarından biridir. Fransada ilk dəfə azərbaycanlı tərəfindən yaradılmış nəşriyyat Azərbaycan və dünya ədəbiyyatının klassik və modern əsərlərinin çapı ilə məşğuldur. Məsələn: Əhməd bəy Ağaoğlu ''La Réfome du Monde Musulman'', Nəriman Nərimanov ''Bahadir et Sona'', Edin Hadzic ''Nisan'', Cuma Kiliç ''Cuma Günü'', Hüseyn Abbaszadə, ''Vous êtes d'ou Monsieur Abel?'', Azərbaycan Ədəbiyyatı Antologiyası XIX əsrdən günümüzə (Anthologie de la litterature azerbaidjanaise), Məmməd Əmin Rəsulzadə ''Les Souvenirs de la révolution avec Staline'' (Stalinlə ixtilal xatirələri), Qırğızıstan atları: Tchar. Yazıçı hazırda Fransada yaşayır. "İblisin Oyunu" romanının müəllifidir. 7 noyabr 2014-cü il tarixindən yazıçının fransız dilində yazdığı "Rəngli Daşlar" (fr. Les pierres en couleurs) romanı Fransanın məşhur "Pantheon" nəşriyyatı tərəfindən çap edilib. Yerli mətbuatın verdiyi məlumata görə onun kitabı Fransa ilə yanaşı, Kanada, İsveçrə, Belçika və digər frankafon ölkələrdə satışdır. Yazıçının Rəngli Daşlar (rus. Разноцветные камни) əsəri tərcümə olunaraq, "Юридический центр" nəşriyyatı tərəfindən Rusiyada çap olunmuşdur və nüfuzlu kitab mağazalarında 2015-ci ilin dekabr ayından satışa çıxarılmışdır.
Tam adı:
Kazımov Nicat Mikayıl oğlu
Unvan:
Yazar
Doğum:
Gəncə, Azərbaycan, 21 Mart 1993

Okurlar

6 okur beğendi.
57 okur okudu.
1 okur okuyor.
22 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Rəngli Daşlar 2014
İllaya gəlincə, əgər bir gün təsadüfən rastlaşsanız, ona de ki, sənin xoşbəxtliyin Əfşarın bədbəxt hekayətinin uğurlu sonluğu idi.
"Yağış da torpaqları canlandırır, ağacları suvarır, su ehtiyyatını çoxaldaraq insanların həyatını xilas edir, indi isə damarımdan süzülən qan da yağış kimi bir insanın həyatını xilas edəcəkdi."
Reklam
Özümə söz vermişəm ki, ölənə kimi bu daşların kolleksiyasını yekunlaşdırım. İstəyirəm ki, son nəfəsimdə bu daşları ayağımın altına düzdürüm və deyim: "Bütün dünya mənim ayaqlarımın altındadır."
"Həyatımda heç vaxt yaşamadığım hissləri yaşayırdım. Ədəbiyyatın bəlkə də ilkin toxumları elə mənim qəlbimə bu vaxt səpilməyə başlamışdı. O qədər gözəl idi ki... Elə bil, sonsuz mavi dəniz ayaqlarımın altından keçirdi."
"Yaxşı yazıçı, yaxşı musiqiyə qulaq asmalıdır. Gözəl musiqi ruhu zənginləşdirən ən gözəl vasitədir. Ümumiyyətlə, yaradıcı şəxslər musiqidən asılı olur. Yaxşı bir rəssam da əminəm ki, çəkdiyi əsərə gözəl musiqi ilə rəng qatır. Yazıçılar üçün musiqi cümlələrin arasındakı boşluğu doldurur, rəssamlar üçünsə musiqi elə əlindəki yağlı boyası və fırçası qədər əhəmiyyət daşıyır."
Həyatın mənası öz dəyərini sənin baxışınla qazanır. Ya həmişə bir nöqtəyə baxarsan, həyatın su kimi axıb gedər, heç nəyin fərqində belə olmazsan. Ya da baxdığın nöqtənin ətrafını da görərsən, həmin gözəllikləri sezib həyatın mənasını dərk edərsən, axıb gedən zamanın da bir məna qazanar.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli Daşları

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
240 syf.
10/10 puan verdi
·
Beğendi
Başladığı ölkədə bitən bir insan ömrünün acılı-şirinli romanı.. Burada sevgi ilə ayrılıq, xoşbəxtliklə bədbəxtlik qol-qoladır, qoşa addımlayır. Burada sevgilinin həsrəti ilə vətən sevgisi bir-birinə qarışır. Maraqlı və sürprizlərlə dolu süjet, bir gövdədə birləşən ömür budaqları… Faciələr, iztirablar, sevgilər və ülvi amal uğrunda fəda edilən
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202056 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Əsər Fransada yaşayan yerlimiz tərəfindən yazılıb. Burada Cənubi Azərbaycan türkü olan Əfşarın həyatından, onun çəkdiyi əzab-əziyyətdən bəhs olunur. Müasir yerli yazıçılarımızdan çox azının qələmini bəyənirəm. Ən çox sevdiyim isə Rövşən Abdullaoğludur. Bu əsər də bir qədər Rövşən Abdullaoğlunun əsərlərinə bənzəyirdi. Buna görə əsəri çox bəyəndim. Kitabı bir neçə dəqiqə əvvəl oxuyub bitirmişəm, hələ də çox qarışıq hisslər yaşayıram.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202056 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
31 saatte okudu
İlahi,onsuz da bir cəhənnəmin var, niyə insanlara bu dünyada əzab verirsən?
Kitabı sevdirmək lazımdır, kitabdan bezdirmək yox... Yaxın ve uzaq etrafıma məlumdur ki uzzuuun müddətdir ki öz edebiyyatımızdan üz döndermişəm.Səbəb isə bəllidir,bu gün qələm tutmağı belə bacarmayan şəxslər "onsuzda komputere not edirəm ,qələmə nə ehtiyac var ki deyirlər" ) vee çox təəssüf ki belə "yazarlar" səbəbindən digərlərinə də öz qapılarmı birdəfəlik bağlamışdım..Ta ki
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli Daşları
oxuyana qədər... Azərbaycan ədəbiyyatına bu şansı verməyimdə birbaşa rolu olan
Ayhan Nərimanov
Ayhan Nərimanov
sonsuzz təşəkkür ) Fabula meni kimi bir oxur qazandı sayəndə)) Ne iseee,besdi özümnən danışdım,keçim kitaba)
Nicat Kazımov
Nicat Kazımov
...30yaşlı gənc yazarımız...bir azerbaycanlı olaraq Sizinlə fəxr edirəm..Ugurlarınız bol ve davamlı olsun..
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli Daşları
... Gəzməyə qərib ölkə, Ölməyə Vətən yaxşı... nədənsə kitabı bitirəndən nenemin bu bayatısını düşünürəm..və ilk dəfə bu bayatının dərinliyini anladım deyə bilərəm...(Spoilər verməmək adına səbəbi yazmaq istəmirəm,ama oxuyan hər kəs mənə haqq verəcəyindən əminəm) *Evimiz çox böyük,vətənsə dar idi.(səh.80) Ilahi onsuz da cehennemin var da niye bu insanlara ezab verirsen?! Təəssüf ki heyatda bəzi sevgilər imkansızdır,ama bu imkansızlıq onların sevgi hekayesində deyil,cəmiyyətin dəyişməyən maneələrində, "olmaz"larındadır.Eynilə bu kitabda olduğu kimi.. Kitabı hər kəsə şərhsiz və birmənalı şəkildə tövsiyə edirəm.Kitabı oxumaq istəyənlər Kitab yalnız kitab.al.az saytından ve ya kitab mağazasından əldə edə bilərsiz) Kaş insanlar öz məsumiyyətini həmişə qoruyub saxlaya biləydi,,,kaş.....
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202056 okunma