"Hər kəs öz qəlbini yaxşı tanıyırsa,hər kəs qəlbin ən incə xüsusiyyətləri haqqında düşünmüşsə, əlbəttə, o, mənimlə razılaşar ki, bütün arzuların həyata keçirilməsi sevgi üçün ən böyük təhlükədir. Liza indi Erast üçün artıq əvvəldə olduğu kimi onun xəyalını dumanlandıran və onu məftun edən bir füsunkar məlakə deyildi. Platonik eşq indi öz yerini elə hisslərə vermişdi ki, Erast bu hisslərlə fəxr edə bilməzdi"