Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nərgiz Cabbarlı

Nərgiz CabbarlıƏdəbiyyatdan İntihara yazarı
Yazar
Çevirmen
Editör
7.3/10
4 Kişi
7
Okunma
2
Beğeni
685
Görüntülenme

Hakkında

Nərgiz Cabbarlı 4 may 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Ədəbiyyatdan intihara" (2006), "Yeni nəsli ədəbiyyatı" (1-ci cild. 2006), "Yeni nəsil ədəbiyyatı-2" (2008), "Axundzadə şəxsiyyəti" (2012 - Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə), "Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı" (3-cü cild. 2015), "Sara Qədimova" (2015), "Rübabə Muradova" (2015), "Həqiqət Rzayeva" (2015) kitablarının müəllifidir. İki dəfə Prezident təqaüdçüsüdür (2008, 2014). "Beşik" nəşriyyatının direktoru, Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" qəzetinin baş redaktoru, XAN və Hədəf Nəşrlərinin baş redaktoru olub. Ədəbiyyat İnstitutu|Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Prezident sərəncamı ilə dərc olunan 150 cildlik dünya ədəbiyyatı kitabxanasından Luis Sinkler, "Seçilmiş əsərləri", Fransuaza Saqan "Seçilmiş əsərləri", Dünya yazıçılarının nağılları, Rünoske Akutaqava "Seçilmiş əsərləri", Günter Qrass "Seçilmiş əsərləri", Marsel Prust "Svana doğru" kitablarını tərcümə etmişdir. Nobel mükakafatçısı Svetlana Aleksiyeviçin "Müharibə qadın simalı deyil", Falih Rıfkı Atayın "Atanız Atatürk", Çingiz Aytmatovun "Kassandra" əsərlərinin tərcüməçisidir. Hazırda "Şərq-Qərb" nəşriyyatının Baş redaktoru və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun aparıcı elmi işçisidir.
Unvan:
Yazar, Çevirmen
Doğum:
Sumqayıt, Azərbaycan, 4 Mayıs 1975

Okurlar

2 okur beğendi.
7 okur okudu.
1 okur okuyor.
1 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Reklam
"Qatil yalnız öldürən zaman kamilliyə çatır. Qətlə yetirmək onun özünü kəşf etməsi deməkdir... Günəşin doğması qatil üçün əzablı mənzərədir. Günəşin parlaq batışı onun ruhuna daha çox uyğun gəlir.
Hamı deyir ki, həyat səhnədir. Amma böyük çoxluq üçün bu, ideyaya çevrilmir. Hətta əgər çevrilirsə də, bu mənim kimi erkən yaş dövründə baş vermir. Uşaqlığım bitən zaman artıq bu həqiqətin dəyişməz olduğuna əmin idim və əsl məramını dərk etmədən mənim üçün nəzərdə tutulmuş rolu oynamağa çalışırdım.
Xoşbəxtlikdən, insanı necə öldüyünə görə o qədər də ciddi mühakimə etmirlər. Bizi daha çox necə yaşadığımıza görə mühakimə edirlər.
Mən bu yazıçını çox sevdim. Təbii ki, intiharına görə yox. Nə qədər təəccüblü olsa da, ilk dəfə gördüm ki, başqa xüsusiyyətləri ilə birlikdə yazıçının qəddarlığı da onu sevdirə bilərmiş.
Qan da gəlmişdi yuxuma, Ölüm də qonaq gəlmişdi... Sonra da gördüm ki, Ölümcül yaralanıb yerə yıxılıram.
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
216 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Məncə, almayın.
İlk dəfə idi ki, bir kitabın üz qapağına bu qədər çox ilişdim: Şəkillərin biri yazının üzərini örtmüşdü, digəri isə başqalarından böyük ölçülü idi. Həmçinin nəşriyyatın öz stendindən bu kitabı əldə etməyimə rəğmən, ksereks kitab almış kimi hiss etdim. Müəllifin səyini dəyərləndirirəm (yoxsa 7-dən aşağı bal da vermək olardı), amma yazıçılar haqqındakı bəzi öz düşüncələrini yazmasa daha yaxşı olardı. Çünki bu düşüncələr sayəsində anladım ki, müəllif deyəsən bircə dəfə də intihar etmə fikrinə düşməyib. Bəzi məqamlarda (Vulf, Sylvia Plath, Mayakovski, Paveze haqqında olan yazılarda) elə yanaşıb ki, sanki intihar bir seçimdir. Yazıdakı insanların ortaq cəhəti intihar etmiş olmalarıdır. (Müəllif nə dərəcədə bunu inkar etsə belə)
Ədəbiyyatdan İntihara
Ədəbiyyatdan İntiharaNərgiz Cabbarlı · Mücrü Nəşriyyatı · 20217 okunma