Nəriman Həsənzadə

Seçilmiş Əsərləri yazarı
Yazar
Editör
8.2/10
9 Kişi
31
Okunma
26
Beğeni
4.253
Görüntülenme

Nəriman Həsənzadə İletileri

Nəriman Həsənzadə iletilerini, Nəriman Həsənzadə okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Mən səni sevəndə yaz havasıydı, Neyləyim, taleyin gözü tökülsün. Həyatım əlində quş yuvasıydı, Quran özün oldun, uçuran özün. Mən səni sevdim ki, yoldaş olasan, Həyatın ən ağır, dar yollarında. Demədim axırda bir daş olasan, Qədim qəbristanda, yol kənarında. Mən səni sevdim ki, yüyür, qaç, oyna, Yenə seçilməsin ətrin bahardan. Demədim təzədən gizlənpaç oyna, Axşam yuxuma gir, səhər qaç ordan. Yadıma nə düşür!-sənin ad günün, Biz qoca deyirdik, dünya təzəymiş. İli yox, həyatda insan ömrünün, Anı da tarixi bir hadisəymiş.
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Sən orda pıçılda, eşidim səni, Özgəsi çağırsa, onda karam mən. 🪻
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Reklam
Mən səni sevdim ki...
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Mən səni sevdim ki, yoldaş olasan, həyatın ən ağır, dar yollarında. Demədim axırda bir daş olasan, qədim qəbiristanda, yol kənarında. Mən səni sevdim ki, yüyür, qaç, oyna, yenə seçilməsin ətrin bahardan. Demədim təzədən gizlənpaç oyna, axşam yuxuma gir, səhər qaç ordan.
Azərbaycan
Od ürəkli , od nəfəsli diyarımsan Ocağına canım qurban , Azərbaycan ! Əzilsən də , əyilməyən vüqarımsan Bu çağına canım qurban , Azərbaycan ! Savaşlardan alnıaçıq çıxan zaman Tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan Torpağına canım qurban , Azərbaycan ! Neçə gizli sərvət yatır qucağında , Neçə ölkə od aparır ocağından . Azadlığın al rəmzi var bayrağında Bayrağına canım qurban , Azərbaycan ! Hər uğurun gələcəyə bir yol açır , Hər dost elə xoş niyyətin işıq saçır . Hər millətə , hər məzhəbə isti , açıq Qucağına canım qurban , Azərbaycan ! Başım üstdə məğrur-məğrur dalğalanan Bayrağına canım qurban , Azərbaycan ! Ruhuma büt , cismim üçün vətən olan Torpağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Yenə də gözlərin gözümdə qalıb, Gördüyün mənaya qurban olaram. Əgər həqiqətsən, mən həqiqətə, Röyasan, röyaya qurban olaram. Söhbətin şirindi, gülüşün təzə, Saldın ürəyimi eşqə, həvəsə. Sən ayaq basdığın o yola, izə, Çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, Bir arzun dəyməsin daşa dünyada, Bu dünya gözəldi, yaşa dünyada, Sən olan dünyaya qurban olaram...
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri, yad ehtiramla, Deyirlər tanış ol., Nə qəribədir ?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim, bu, yadındadır, Gedərdik ,yolumuz, arzumuz şərik. Qolum qollarının lap yanındadır, Toxunsa, biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
Nəriman Həsənzadə
Nəriman Həsənzadə
Reklam
49 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.