Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ənvər Məmmədxanlı

Ənvər MəmmədxanlıBabək yazarı
Yazar
Çevirmen
7.7/10
9 Kişi
48
Okunma
7
Beğeni
823
Görüntülenme

Hakkında

Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987). Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926-1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931-1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938)[1], "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943-1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışmışdır (1944-1946). Ordudan tərxis ediləndən sonra "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur (1946-1964). Yaradıcılığı Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Şərqin səhəri" ([bədii ədəbiyyatın tematikasında,növ və janrında,üslubunda,həyatı inikas formasında bir sıra yeni,əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu,yaradıcı insan öz yerini Vətəni yadelli işğalçıardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə,ümumən,o dövr publisistikamızda olduğu kimi,zamanın,günün təxirəsalınmaz tələbləri,adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı.[2] Ədibin üslubunda təmkinli hekayəçiliklə,mübariz,döyüşkən,odlu publisistika vəhdət təşkil edirdi: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulmuşdur. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb. Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə "Şərəf nişanı" (1946-1949), "Qırmızı Əmək bayrağı" (1980-1983) və "İkinci dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur. 1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.
Tam adı:
Ənvər Qafar oğlu Məmmədxanlı
Unvan:
Yazar, Çevirmen
Doğum:
Göyçay, Bakı quberniyası, 28 Şubat 1913
Ölüm:
Bakı, Azərbaycan, 19 Aralık 1990

Okurlar

7 okur beğendi.
48 okur okudu.
1 okur okuyor.
12 okur okuyacak.
3 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Ey qadın ,ey göylərin bəlası, nə sənsiz yaşamaq mümkündür, nə səninlə yaşamağa təhəmmülüm var...
Reklam
Xoşbəxtlik vardı, tez qurtardı... Sonra yaşlar arasındakı uçurum qaldı...
"Babək "
Çünki insan ancaq ruhu yaxşıdırsa diridir və ruhi alçaqdırsa diri ikən ölüdür .
Lakin bu dünyada çox hökmdarların vəsiyyətləri, özləriylə bərabər dəfn edilmişdi.
Sayfa 18 - QanunKitabı okudu
Sus və yaxud ele bir şey de ki, sükutundan yaxşı olsun.
Sayfa 25 - QanunKitabı okudu
Henüz kayıt yok
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
352 syf.
·
Puan vermedi
Babək
Babək Azərbaycan sərkərdəsi olub Babəkin əsl adi Həsən olub o oğluna bir dəfə məktubuna belə cavab verib " qırx il kölə kimi yaşamaqdansa bir gün azad yaşamaq yaxşıdır"
Babək
BabəkƏnvər Məmmədxanlı · Qanun Nəşriyyatı və Əli və Nino Nəşriyyatı · 201829 okunma
324 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Dünya ədəbiyyatı oxumaqla bərabər insan gərək öz millətinin,xalqının ədəbiyyatı ilə də tanış olsun. Bu il öz yazarlarımızdan Ənvər Məmmədxanlı ilə başladım.Kitabın içərisində yazarın 5 əsəri yer alır. İlk əsər "Şərqin səhəri"dir.Burda Azərbaycanda Sovet hakimiyyəti gedən mübarizəni qələmə almışdır. İkinci "Şirvan gözəli" əsərinin mövzusu elmdə dərinə getməyənləri,dayazlıq edənləri tənqid edir.İki qocaman alim kreslo arxasında özlərinə seçdikləri əqidəni kor-koranə müdafiə edirlər və bir-birinə düşmən kəsilirlər. Ta o vaxta qədər ki,elmin həqiqəti onları silkələyib oyadır.Həm də öz övladlarının əli ilə... Üçüncü əsər olan "Kəllə və qızılgül" bəlkə də ən çox sevdiyim və ən axıcı gələn əsər oldu. Suni intellekt və insan beyninin əsrarəngiz qarşılaşmasında suni intellektin "tanrısı" onu yaradan tanrının yaratdığı nizam qarşısında məğlub olur. Dördüncü-"Xürrəmilərin ağ şahini" əsəri tarixin böyük simalarından biri olan Babəkin mübarizəsini,həyat yolunu,azadlıq uğrunda etdiklərini qələmə almışdır.Bir gün azadlığı 40 il köləlikdən üstün tutan Babəkin mübarizəsini... Son olaraq "Od içində" əsəri Cənubi Azərbaycanda, Təbrizdə şah rejiminə qarşı baş qaldıran məğrur xalqın mübarizəsini əks etdirir.Fədailərin başçısı olan Azərin timsalında görürük ki,nə qədər zaman keçsə də Babəkin azadlıq ruhu bu xalqın ruhundadır və əbədidir. Heç kəs azadlıq uğrunda canından keçən birini yalvarmağa məcbur edə bilməz!
Seçilmiş əsərləri - İki cilddə. İkinci cild
Seçilmiş əsərləri - İki cilddə. İkinci cildƏnvər Məmmədxanlı · "Yazıçı" nəşriyyatı · 19851 okunma
208 syf.
10/10 puan verdi
·
27 günde okudu
Hikayelerin hepsi ayrı güzel, ayrı olayları canlandırıyor. Ama sonu hep üzgün bitiyor, yazarımız çok mazoşist diye düşüne bilirsiniz. Lakin hikayeler gerçek hayattan alıntı yapılmış. Bu coğrafyadaki her fakirin, kadının, çocuğu üzgün ve umutsuz hikayesi. Galiba en üzücüsü hepsinin aynı hikayrde toplandığı "Altın güller" hikayesiydi. Tekrar okur muyum? - Hayır çünkü bir daha kaldıramam
Hekayələr
HekayələrƏnvər Məmmədxanlı · Altun Kitab · 20197 okunma