Onları çox ciddiyə alma, Ben. İnsanlar, heyvanlar - hamsı eynidi. Hamısı təbiətin bir hissəsidi. Hamısı da atomlardan ibarət zərrəciklərdi. Bu gün varlar, sabah yoxlar.
Mən doğrudan da buyam? Mən
uçuruma doğru gedirəm” deyirik özümüzə və uğrunda çapaladığımız hər
şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir
kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq...
Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt
vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə
gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə,alnımızın qırışına baxırıq. Axmaq olduğumuzu heç cürə qəbul edə bilmərik.Axı hər birimiz ayrılıqda bir Eynşteynik.
Məğlubiyyətlərlə əsla barışma! Əgər onunla barışsan səninlə dost olacaq. Saqqız kimi yaxandan yapışıb qopmayacaq. Onunla barışsan daim yanında olacaq. Amma onu rədd etsən daim möhkəm olarsan. Acizlik, hə? Bu sözü və bununla qohum məna daşıyan bütün sözləri leksikonundan sil, at! Dayanma.
Kitabı 3 gün əvvəl bitirməyimə baxmayaraq hələ də kitabın təsirindəyəm və bu məni kitab haqqında incələmə yazmağıma sövq elədi. Oar'ın bu əsəri həqiqi həyat hekayəsindən qaynaqlanaraq yazması məni daha çox təcübləndirdi. Belə istedalı gənclərin olması həqiqətən xoşdu. Əsərdə adından da göründüyü kimi Bendy Vuenin şizofreniya xəstəsidir. Amma əsərdəki hadisələr elə cəryan edirki hər şey normal görsənir və sonda baş verənlər adamı çox təcübləndirir. Bilirəmki bu əsəri çox az adam oxuyub. Amma demək istiyirəm ki, həqiqətən oxunulası bir əsərdi. Hətta bəzi yazarların əsərləri varki onlardan daha yaxşıdı.
Kitabın təsirində əminəmki günlərlə qalacam,demək olarki kitabı oxumadım Bendy Vuen ilə birlikdə yaşadım kitabın həqiqətən sonu gözlənilməz oldu.Amma bitirdikdən sonra Kaş Sonu belə bitməsəydi "hər şey yalan olsun" deməy keçdi içimdən.Əmin ol ki,səni hər zaman xatırlayacam əziz Bendy Vuen
Heç bir sözlə kitabı oxuyarkən keçirdiyim hisslərimi ifadə edə bilmirəm. Çooox maraqlı idiNə qədər yazsam əsər haqqında azdı. Demək olarki əsəri oxumadım Merlin və digərləri ilə birlikdə yaşadım hər şeyi. Çünki oxuyarkən əsərdə baş verən hadisələr məni həm düşündürdü, həm güldürdü həm də kövrəltdi. Əsərdəki hadisələr elə cərəyan edirki sanki hər şey normal görsənir, lakin sonda baş verənlər hər şeyi dəyişdirir. Dedektiv kimi aydınlaşdırırdım özümdə bir hadisəni tam başa düşürdüm ki, sonrakı hadisə məni çaş baş edirdi. Kitabdakı cümlələr isə çox gözəl, axıcı, insanı yormayandı. Giriş hissəsini əvvəlcə başa düşmədim "kimdi bu Ed?" dedim öz özümə amma sonrakı hissələrdə aydınlaşdı və diqqətimi tamamilə özünə cəlb etdi. Kitabın bitməsini istəmirdim amma "görəsən sonda nə olacaq " marağı da bürümüşdü Düzü azdan çoxdan əslində nə olacağını təxmin edirdim, amma bilmirəm o həqiqəti öyrənmək istəmirdim deyə özümü düşünməyə məcbur etmədim. Sonda baş obraz ilə birlikdə ağladım çünki istəmirdim hərşeyin bitməsini. Əsərin təsirindən əminəm uzun müddət çıxa bilməyəcəm və Merlini unutmayacam. Çox uzun oldu spoiler verməyim. Oxumaq istəyənlərə şiddətlə tövsiyə edirəm!