Allaha inanmayan şəxslər isə mütləq ateist olmayıb, müxtəlif bəhanələrlə onu inkar edənlərdir. Bu inkarın arxasında bir çox nəzəri motivlər və praktiki səbəblər vardır. Əslində isə bu səbəblər ayrı-ayrılıqda orjinial fikirlər olmayıb, çox hallarda inanan insanların düşüncələrinə qarşı isti- qamətləndirilmiş etirazlardan ibarətdir. Dini olduğu kimi dərk edə bilməyən ateistlər dini inancları ey- bəcərləşdirməyə cəhd göstərmişlər.