“‘Yuxu görən’ şəxsin göz qapaqlarına elektrodlar yerləşdirilir. Şəxs aydın (lucid) yuxu vəziyyətinə keçəndə göz qapaqları hərəkət edir və bu, elektrik siqnalı göndərir. 1975-ci ildə bu sınaq ilk dəfə uğurla həyata keçirildikdə, Dr. Hearne yuxu görən şüurun bu mesajını başqa bir qalaktikadan Yerə göndərilən bir mesajın qəbuluna bənzədirdi.
İndi isə yuxu görən şəxsin, tamamilə real görünsə də yenə də bütövlükdə xəyali olan bu dünyada yaşadıqları haqqında daha ətraflı məlumat ötürə bilməsi, hətta kənardakı təcrübə aparanların baş verənlər üzərində müəyyən nəzarət imkanına sahib ola biləcəkləri təcrübi cəhdlər aparılır.”